Naxçıvan Muxtar Respublikası

Voleybol Federasiyası

Naxçıvan MR Voleybol Federasiyasının 2013-2014-cü illər ərzində gördüyü işlər haqqında Hesabatı

Naxçıvan   MR  Voleybol  Federasiyası  2013-cü  il ərzində  də  işini  günün  tələbləri  səviyyəsində  quraraq , aşağıda  göstərilən  tədbirləri  həyata  keçirmişdir

22 fevral 2013-cü il tarixdə Türk Liseyin idman zalında 26 fevral Xocalı Soyqırımının 21-ci ildönümünə həsr olunmus voleybol üzrə orta ixtisas və ümümtəhsil məktəblərinin komandaları arasında  Naxçıvan şəhər birinciliyi keçirilmişdir. Birincilikdə  5 komanda uduzan çıxır sistemi üzrə yarışmışlar. Sonda  Hərbi Liseyin  komandası I yerə, Tibb Kollecinin komandası  II yerə, Texniki Kollecin komandası III yerə  layiq görülmüşlər.

05 mart 2013-cü il tarixdə Naxçıvan Dövlət Universitetinin idman zalında Ordubad rayon və Naxçıvan Dövlət Universitetinin komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Görüşdə 3:0 hesabı ilə Naxçıvan Dövlət Universitetinin komandası qalib olmuşdur. Görüş “05 mart Bədən Tərbiyəsi və İdman günü”nə həsr olunub.

15-17 aprel 2013-cü il tarixlərdə Naxçıvan Türk Liseyinin idman zalında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş,ümumtəhsil tam orta məktəblərinin oğlanlardan ibarət komandaları arasında voleybol üzrə Naxçıvan MR birinciliyi keçirilmişdir. Birincilikdə 8 komanda 2 yarımqrupda dairəvi sistem üzrə yarışmışlar. 3 gün gərgin idman mübarizəsi şəraitində keçən yarışda Sədərək rayon komandandası I, Naxçıvan şəhər komandası  II,  Şahbuz rayon komandası isə III yerlərə layiq görülmüşlər.

13-15 may 2013-cü il tarixlərdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə  həsr olunmuş, kişilər arasında voleybol üzrə muxtar respublika turniri keçirilmişdir.Turnirdə 8 komanda 2 yarımqrupda dairəvi sistem üzrə yarışmışlar. 3gün davam edən turnirdə Sədərək rayon komandandası I, Şərur rayon komandası II, Daxili İşlər Nazirliyinin komandası isə III yerlərə layiq görülmüşlər.

20 iyun 2013-cü il tarixdə Naxçıvan Türk Liseyinin idman zalında  “ 15 iyun  Milli Qurtuluş  Günü”nə həsr olunmuş  Babək rayon  və  Naxçıvan Türk Liseyinin  komandaları  arasında  voleybol üzrə yoldaşlıq  görüşü  keçirilmişdir. Bu  görüşdə  Babək  rayon  komanda sı  2:0 hesabı  ilə qalib olmuşdur.

16 avqust  2013-cü il  tarixdə  İlham Əliyev adına Olimpiya İdman Kompleksində  “Zərərli  vərdişlərə  yox  deyək, həmişə  sağlam olaq”  devizi  altında Culfa və  Babək  rayon  komandaları  arasında   voleybol  üzrə yoldaşlıq görüşü  keçirilmişdir. Bu  görüşdə  Culfa  rayon  komandası   3:1 hesabı ilə qalib olmuşdur.

27 sentyabr 2013-cü   il  tarixdə  Naxçıvan  Türk  Liseyinin  idman zalında  “Heydər Əliyev  ili ” devizi  altında  voleybol  üzrə  Naxçıvan  şəhər  birinciliyi  keçirilmişdir. Birincilikdə   6 komanda  uduzan  çıxır  (Olimpiya)  sistemi  üzrə  yarışmışlar. Bu yarışda  Hərbi  Liseyin  komandası I,  6 nömrəli tam  orta  məktəbin   komandası  II, 13 nömrəli tam orta məktəbin komandası isə III  yerlərə  layiq  görülmüşlər.

10  noyabr 2013-cü il   tarixdə   Avropa  Voleybol   Konfederasiyasının   Prezidenti  Bakıda  kişi voleybolunun  inkişafı  ilə bağlı  iclas keçirmişdir.Həmin  iclasda  Naxçıvan  MR  Voleybol  Federasiyasının   müavini   Aydın  Mirzəyev   iştirak etmək üçün  Bakı  şəhərinə  ezam olunmuş  və  həmin iclasda  iştirak etmişdir.

14  noyabr  2013-cü il tarixdə  İlham Əliyev adına Olimpiya İdman Kompleksində   Ali Məclis  yanında  Gənclər  Fondunun  Gənclər İdman Nazirliyinin və  Voleybol Federasiyasının  birgə təşkilatçılığı  ilə   10-17  noyabr  “Tələbə  Gənclər  Həftəsi” nə  həsr olunmuş   Naxçıvan MR  Ali və  Ortaixtisas   müəssisələrinin   tələbələri  arasında  voleybol   yarışı  keçirilmişdir. Yarışda  6  komanda  uduzan-çıxır  (olimpiya)  sistemi  üzrə  yarışmışlar. Gərgin idman  mübarizəsi  şəraitində  keçən  yarışda  Naxçıvan   Dövlət  Universitetinin  komandası   I,  Musiqi  Kollecinin  komandası  II,  Texniki  Kollecin   komandası isə III yerə layiq  görülmüşlər. Sonda qalib  komandalara   Naxçıvan MR  Gənclər və  İdman Nazirliyinin   diplomları  Ali  Məclis  yanında  Gənclər  Fondunun  və  Voleybol Federasiyasının  qiymətli  hədiyyələri  təqdim  edilmişdir.

20-22  dekabr  2013-cü il  tarixlərdə  İlham  Əliyev  adına Olimpiya  İdman  Kompleksində ,  Ümummilli  lider  Heydər  Əliyevin  anım  gününə  həsr  olunmuş ,  kişilər  arasında   voleybol  üzrə  Naxçıvan  MR  çempionatı  keçirilmişdir.  Çempionatda  8  komanda  2  yarımqrupda  dairəvi  sistem  üzrə  yarışmışlar. Üç  gün  gərgin  idman  mübarizəsi  şəraitində  keçən  yarışda, Sədərək  rayon  komandası  I,  Şahbuz  rayon  komandası  II, Şərur  rayon  komandası  isə  III  yerlərə  layiq  görülmüşlər.  Yarışı  Naxçıvan  MR  Voleybol  Federasiyasının  çağırışı  ilə  Azərbaycan  Voleybol  Federasiyasının  Beynəlxalq  dərəcəli  hakimləri  idarə  etmişlər.

27-28 fevral 2014-cü  il tarixlərdə  Naxçıvan Türk Liseyinin  idman zalında  Gənclər və İdman idarəsi Təhsil Şöbəsi  və Naxçıvan   MR  Voleybol  Federasiyasının  təşkilatçılığı ilə  “Naxçıvan Muxtar Respublikasının  90 illik yubileyi”nə  həsr olunmuş,  ümumtəhsil tam orta  məktəblərinin  oğlanlardan  ibarət  komandaları arasında  voleybol üzrə  Naxçıvan  şəhər  birinciliyi keçirilmişdir. Birincilikdə  15  komanda  uduzan çıxır (Olimpiya)  sistemi  üzrə  yarışmışlar. 2gün  davam edən  yarışda  6NO-li tam orta məktəbin  komandası  I , 15No-li  tam orta məktəbin  komandası  II,  9No-li tam orta  məktəbin  komandası  isə III  yerə layiq  görülmüşlər. Sonda  qalib komandalara   Gənclər və İdman idarəsi Təhsil Şöbəsinin  diplomları  və Naxçıvan MR  Voleybol Federasiyasının  qiymətli  hədiyyələri  təqdim  edilmişdir.ə

03 mart  2014-cü  il tarixdə  Sədərək  rayonunda  Naxçıvan  MR  Gənclər  və  İdman  Nazirliyinin  və Naxçıvan MR  Voleybol Federasiyasının   birgə  təşkilatçılığı  ilə “5  mart  Bədən  Tərbiyəsi və İdman  günü “nə həsr  olunmuş   Sədərək  və  Şərur  rayon  məktəblilərdən  ibarət  oğlan  komandaları  arasında  voleybol  üzrə  yoldaşlıq  görüşü  keçirilmişdir.  Görüşdə   Sədərək  rayon  komandası  2:0  hesabı ilə  Şərur  rayon  komandası  üzərində  qələbə  qazanmışdır. Sonda  hər  iki  komandaya    Naxçıvan MR  Voleybol Federasiyasının   qiymətli  hədiyyələri  təqdim  edilmişdir.

18 aprel  2014-cü il tarixdə  Naxçıvan   Dövlət  Universitetinin  İdman Kompleksində  Naxçıvan MR  Gənclər  və   İdman Nazirliyinin  və  Naxçıvan  MR  Voleybol  Federasiyasının  birgə  təşkilatçılığı  ilə  Culfa   rayon  və  Naxçıvan  Dövlət  Universitetinin  voleybol  komandaları  arasında   yoldaşlıq  görüşü  keçirilmişdir. Bu görüşdə   Naxçıvan   Dövlət  Universitetinin  komandası  3:1  hesabı ilə  qalib  olmuşdur. Sonda  hər  iki  komandaya  Naxçıvan  MR  Voleybol  Federasiyasının  qiymətli  hədiyyələri  təqdim  edilmişdir.

12-14  may  2014-cü  il  tarixlərdə  İlham  Əliyev  adına  Olimpiya  İdman  Kompleksində  Naxçıvan MR  Gənclər  və   İdman Nazirliyinin  və  Naxçıvan  MR  Voleybol  Federasiyasının  birgə  təşkilatçılığı  ilə  Ümummilli  Lider  Heydər  Əliyevin  anadan  olmasının  91-ci  ildönümünə  həsr  olunmuş  kişilər  arasında  voleybol  üzrə  Naxçıvan  MR  turniri  keçirilmişdir.  Turnirdə  8 komanda  iki  yarımqrupda   dairəvi  sistem  üzrə  yarışmışlar. Üç  gün  gərgin  idman  mübarizəsi  şəraitində  keçən  turnirdə  Sədərək  rayon  komandası I,  Babək  rayon  komandası  II,  Culfa  rayon  komandası  isə  III  yerə  layiq  görülmüşlər.  Sonda  qaliblərə  Naxçıvan MR  Gənclər  və   İdman Nazirliyinin   diplomları,  Naxçıvan  MR   Voleybol  Federasiyasının  hədiyyələri  təqdim  edilmişdir.

Yuxarıda göstərilən tədbirlərdə qalib komandalara  Naxçıvan MR Gənclər və İdman Nazirliyinin diplomları  və  Naxçıvan MR Voleybol Federasiyasının  diplom və qiymətli hədiyyələri verilmişdir.

QEYD: Naxçıvan MR Voleybol Federasiyasının  yetirmələrindən Əliyev Polad və Səfərli Pərvin  voleybol üzrə Azərbaycan  Respublikasının yığma komandasına dəvət  almışlar.