26 fevral 2002-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Muxtar Respublikada idmanın inkişaf etdirilməsi məqsədilə müşavirə keçirilmişdir. Müşavirədə bazası olan idman növləri üzrə federasiyaların yaradılması tövsiyə olunmuşdur. 10-11mart 2002-ci il tarixlərdə ”Naxçıvan-1” və “Naxçıvan-2” voleybol idman klublarının təsis konfransı keçirilmişdir. ”Naxçıvan-1” və “Naxçıvan-2” voleybol idman klubları 16 mart 2002-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatından keçmiş və onlara uyğun olaraq 13-2002/i və 14-2002/i nömrəli şəhadətnamələr verilmişdir.
15 mart 2002-ci il tarixdə “Naxçıvan-1” və ”Naxçıvan-2” voleybol idman klublarının iştirakı ilə Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının təsis konfransı keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyası 18 mart 2002-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatından keçmiş və ona 19-2002/i nömrəli şəhadətnamə verilmişdir.
Naxçıvan MR Voleybol Federasiyasına sədr Vəliyev İlqar, sədr müavini Aydın Mirzəyev seçilmişdir.
№ |
Şəhər və rayonlar |
Klubların adı |
İdman növü |
Qrupların sayı |
İdmançıların sayı |
Məşqçilərin sayı |
Hakimlərin sayı |
1. |
Naxçıvan |
“Naxçıvan-1” “Naxçıvan-2” |
Voleybol |
2 |
48 |
2 |
2 |
2. |
Naxçıvan |
Şəhər |
Voleybol |
1 |
23 |
1 |
1 |
3. |
Ordubad |
Rayon |
Voleybol |
1 |
24 |
1 |
1 |
4. |
Şahbuz |
Rayon |
Voleybol |
1 |
24 |
1 |
1 |
5. |
Sədərək |
Rayon |
Voleybol |
1 |
24 |
1 |
1 |
6. |
Kəngərli |
Rayon |
Voleybol |
1 |
24 |
1 |
1 |
7. |
Şərur |
Rayon |
Voleybol |
1 |
24 |
1 |
1 |
8. |
Culfa |
Rayon |
Voleybol |
1 |
24 |
1 |
1 |
9. |
Babək |
Rayon |
Voleybol |
1 |
23 |
1 |
1 |
CƏMİ: |
10 |
238 |
10 |
10 |
Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən qrupların, hakimlərin və qruplarda məşğul olan məşqçi və idmançıların sayı
2002-ci ildə Federasiya Voleybol idman növünün inkişafı istiqamətində bir çox işlər görmüşdür. Muxtar Respublikada fəaliyyət göstərən voleybol bölmələrində perspektivli və təcrübəli gənc voleybolçular “Naxçıvan-1” voleybol idman klubuna cəlb olunmuş və Naxçıvan Muxtar Respublikasının ən təcrübəli məşqçi-müəllimi Məmmədtağı Əliyev “Naxçıvan-1” voleybol idman klubuna baş məşqçi təyin olunmuşdur. Federasiyanın köməkliyi ilə komandaya idman ləvazimatları alınmış, həmçinin Sərhəd Dəstəsi qoşunlarının hər cür şəraiti olan idman zalı komandanın istifadəsinə verilmişdir.
“Naxçıvan-1” voleybol idman klubu federasiyasnın xətti ilə 21-25 aprel 2002-ci il tarixlərdə Saatlı rayonunda keçirilən Azərbaycan kuboku uğrunda zona yarışlarında iştirak edərək 5 komanda arasında II yerə layiq görülmüş və Bakı şəhərində keçirilən final mərhələsində oynamaq hüququ qazanmışdır.
25-30 may 2002-ci il tarixlərdə Bakı şəhərində keçirilən final mərhələsində “Naxçivan-1” voleybol idman klubu yüksək səviyyədə oyun nümayiş etdirərək, 8 komanda arasında III yerə layiq görülmüşdür.
14-17 may 2002-ci il tarixlərdə Bakı şəhərində keçirilən Yeniyetmələrin III Respublika oyunlarında, oğlanlardan ibarət Şahbuz rayonunun voleybol komandası, bu yarışda yaxşı oyun nümayiş etdirərək, 14 komanda arasında mükafata layiq II yerə, Yeniyetmələrin III Respublika oyunlarında qızlardan ibarət yığma komandamız isə 10 komanda arasında V yerə layiq görülmüşdür.
17-20 oktyabr 2002-ci il tarixlərdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində voleybol üzrə yüksək liqa kişilər arasında Azərbaycan çempionatında birinci mərhələsi keçirilmişdir.
09-11 noyabr 2002-ci il tarixlərdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər, İdman və Turizm Nazirliyi və Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə 8 komandanın iştirakı ilə dairəvi sistem üzrə Naxçıvan Muxtar Respublika çempionatı keçirilmişdir. Bu yarışı keçirməkdə məqsəd gənc pespektivli voleybolçuları aşkar edib yığma komandanın tərkibinə daxil etmək idi. Yarışda I, II, III yerləri tutmuş komandalar Naxçıvan MR Gənclər, İdman və Turizm Nazirliyinin diplomları və federasiyanın qiymətli hədiyyələr ilə təltif olunmuşdur.
“Naxçıvan-1” voleybol idman klubu 2002-ci il noyabr ayının 27-dən dekabr ayının 2-dək Bakı şəhərində keçirilən yüksək liqa kişilər arasında Azərbaycan çempionatının II mərhələsində iştirak etmişdir.
20-25 fevral 2003-cü il tarixlərdə “Naxçıvan-1” voleybol idman klubu Şəki şəhərində təşkil olunmuş yüksək liqa kişilər arasında keçirilən Azərbaycan çempionatının III mərhələsində iştirak etmişdir.
05-10 mart 2003-cü il tarixlərdə Bakı şəhərində keçirilən voleybol üzrə yüksək liqa kişilər arasında Azərbaycan çempionatının final mərhələsində “Naxçıvan-1” voleybol idman klubu 12 komanda arsında V yerə layiq görülmüşdür.
12-15 iyun 2003-cü il tarixlərdə Azərbaycan kubokunun zona birinciliyinə hazırlıq məqsədilə voleybol üzrə Naxcıvan MR birinciliyi keçirilmişdir.
25-30 iyun 2003-cü il tarixlərdə Bakı şəhərində keçirilən kişilər arasında yüksək liqa Azərbaycan kubokunun final mərhələsində “Naxçıvan-1” voleybol idman klubu iştirak etmişdir.
05-10 noyabr 2003-cü il tarixdə Bakı şəhərində keçirilən kişilər arasında yüksək liqa Azərbaycan çempionatının I turunda və 21-26 dekabr 2003-cü il tarixlərdə Quba rayonunda keçirilən kişilər arasında yüksək liqa Azərbaycan çempionatının II turunda “Naxçıvan-1” voleybol idman klubu iştirak etmişdir.
Naxçıvan MR Voleybol Federasiyası qadınlar arasında voleybolun inkişafına xüsusi diqqət yetirir. Voleybolçumuz Natəvan Qasımovanın 2004-cü ildə qadınlardan ibarət Azərbaycan yığma komandasının tərkibinə salınması federasiya tərəfindən aparılmış işin nəticəsidir.
12-15 yanvar 2004-cü il tarixlərdə Bakı şəhərində yüksək liqa kişilər arasında keçirilən voleybol üzrə “Naxçıvan-1” voleybol idman klubu Azərbaycan çempionatının III, IV turunda iştirak etmişdir.
25-26 yanvar 2004-cü il tarixlərdə “Naxçıvan-1” voleybol idman klubu ilə İran İslam Respublikasının komandası arasında voleybol üzrə beynəlxalq yoldaşlıq görüşü keçirilmişdir.
25-28 mart 2004-cü il tarixlərdə Bakı şəhərində keçirilən yüksək liqa kişilər arasında Azərbaycan çempionatının final mərhələsində “Naxçıvan-1” voleybol idman klubu 12 komanda arasında V yerə layiq görülmüşdür.
29-31 mart 2004-cü il tarixlərdə, Yeniyetmələrin IV Respublika Oyunlarının Voleybol üzrə Muxtar Respublika zona birinciliyi keçirilmiş, qalib komandalar 10-16 may 2004-cü il tarixlərdə Bakı şəhərində keçirilən final mərhələsində iştirak etmişlər. Sədərək rayonundan olan yeniyetmə voleybolçumuz Əlibov Emin yeniyetmələrdən ibarət Azərbaycan yığma komandasının tərkibinə salınmışdır.
06 may 2004-cü il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 81-ci ildönümü münasibətilə Naxçıvan MR turniri keçirilmişdir.
26-28 may 2004-cü il tarixlərdə “28 May Respublika Günü”nə həsr olunmuş 10 komandanın iştirakı ilə dairəvi sistem üzrə Naxçıvan MR çempionatı keçirilmişdir.
28 oktyabr - 02 noyabr 2004-cü il tarixlərdə “Naxçıvan-1” voleybol idman klubu Quba rayonunda keçirilən yüksək liqa kişilər arsında Azərbaycan çempionatının II dövrə I turunda iştirak etmişdir.
10-13 mart 2005-ci il tarixlərdə Bakı şəhərində voleybol üzrə keçirilən yüksək liqa kişilər arasında “Naxçıvan-1” voleybol idman klubu Azərbaycan çempionatının II dövrə III turunda iştirak etmişdir. 09-13 mart 2005-ci il tarixlərdə “Naxçıvan-1” voleybol idman klubu Bakı şəhərində voleybol üzrə keçirilən kişilər arasında yüksək liqa Azərbaycan çempionatının II dövrə IV turunda iştirak etmişdir.
22-25 mart 2005-ci il tarixlərdə “Naxçıvan-1” voleybol idman klubu Bakı şəhərində voleybol üzrə keçirilən Azərbaycan çempionatının yarımfinal mərhələsində iştirak etmişdir.
25-27 mart 2005-ci il tarixlərdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində 8 komandanın iştirakı ilə dairəvi sistemlə voleybol üzrə Naxçıvan MR cempionatı keçirilmişdir.
18-20 noyabr 2005-ci il tarixlərdə İlham Əliyev adina Olimpiya İdman Kompleksində yüksək liqa kişilər arasında “Naxçıvan-1” voleybol idman klubunun iştirakı ilə voleybol üzrə Azərbaycan çempionatının I dövrə I turu keçirilmişdir.
29 aprel-01 may 2005-ci il tarixlərdə Bakı şəhərində voleybol üzrə keçirilən Azərbaycan çempionatının final mərhələsində iştirak edən “Naxçıvan-1” voleybol idman klubu 10 komanda arasında IV yerə layiq görülmüşdür.
16-19 dekabr 2005-ci il tarixlərdə “Naxçıvan-1” voleybol idman klubu Quba Olimpiya İdman Kompleksində voleybol üzrə keçirilən Azərbaycan çempionatının I dövrə II turunda iştirak etmişdir.
19-20 aprel 2006-cı il tarixlərdə oğlanlar arasında, 26-28 aprel 2006-cı il tarixlərdə qızlar arasında Yeniyetmələrin V Respublika Oyunlarının Voleybol üzrə Naxçıvan MR zona birinciliyi keçirilmişdir. Zona birinciliyində, oğlanlar arasında Şahbuz rayon komandası I yerə, qızlar arasında isə Culfa rayon komandası I yerə layiq görülmüşdür. Bakı şəhərində keçirilən Yeniyetmələrin V Respublika Oyunlarının final mərhələsində, oğlanlar arasında Şahbuz rayon komandası III yerə layiq görülmüşdür.
15-16 sentyabr 2006-cı il tarixlərdə İbrahim Xəlil Axundlu adına Naxçıvan MR stadionunda İran İslam Respublikasının Urmiya və Tehran şəhərinin voleybol komandaları ilə Naxçıvan şəhər və Sədərək rayon voleybol komandaları arasında Beynəlxalq yoldaşlıq görüşü keçirilmişdir.
03-05 fevrel 2007-ci il tarixlərdə İran İslam Respublikasının yaranmasının 28-ci ildönümü münasibəti ilə Urmiya vilayətinin Maku şəhərinin voleybolçuları ilə Naxçıvan MR voleybolçuları arasında Beynəlxalq yoldaşlıq görüşü keçirilmişdir.
24-25 may 2007-ci il tarixlərdə “28 May Respublika Günü“ ilə əlaqədar olaraq İlham Əliyev adına Olimpiya İdman Kompleksində voleybol üzrə 8 komandanın iştirakı ilə dairəvi sistem üzrə Naxçıvan MR çempionatı keçirilmişdir.
10 iyul 2007-ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində İran İslam Respublikasının Urmiya vilayətinin komandası ilə Naxçıvan MR komandası arasında voleybol üzrə Beynəlxalq yoldaşlıq görüşü keçirilmişdir.
08-10 oktyabr 2007-ci il tarixlərdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Ali Məclis Sədrinin mükafatı uğrunda voleybol üzrə 8 komndanın iştirakı ilə 2 yarımqrupda dairəvi sistem üzrə Naxçıvan MR birinciliyi keçirilmişdir. Birincilikdə Şərur rayon komandası I, Naxçıvan şəhər komandası II, Sədərək rayon komandası III yerlərə layiq görülmüşdür. Sonda qalib komandalar Ali Məclis Sədri tərəfindən pul mükafatı ilə mükafatlandırmışlar.
18-23 mart 2008-ci il tarixlərdə Türkiyə Respublikasının Iğdır vilayətində Novruz bayramı ilə əlaqədar 6 komandanın iştirakı ilə voleybol üzrə Beynəlxalq yoldaşliq görüşü keçirilmişdir. Şahbuz rayonunun oğlanlardan ibarət voleybol komandası bu yoldaşlıq görüşündə iştirak etmişdir.
15-20 aprel 2008-ci il tarixlərdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş voleybol üzrə nazirlik, komitə və təşkilatlar arasında 11 komandanın iştirakı ilə Naxçıvan MR turniri keçirilmişdir. Bu turnirdə Milli Təhlükəsizlik Nazirliyinin komandası I, Gənclər və İdman Nazirliyinin komandası II, Kənd Təsərrüfatı Nazirliyinin komandası III yerlərə layiq görülmüşlər.
07-08 may 2008-ci il tarixlərdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş 8 komandanın iştirakı ilə voleybol üzrə Naxçıvan MR xatirə turniri keçirilmişdir. Turnirdə Sədərək rayon komandası I, Şərur rayon komandası II, Şahbuz rayon komandası III yerlərə layiq görülmüşlər. Sonda I, II, III yerləri tutmuş komandalara Naxçıvan MR Gənclər və İdman Nazirliyinin diplomları və Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri verilmişdir.
19 may 2008-ci il tarixidə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Yeniyetmələrin VI Respublika Oyunlarının voleybol üzrə yarımfinal və final mərhələsi keçirilmişdir. Oğlanlar arasında keçirilən yarışda Sədərək rayon komandası I, Şahbuz rayon komandası II, Naxçıvan şəhər komandası III yerlərə layiq görülmüşlər. Qızlar arasında keçirilən yarışda isə Culfa rayon komandası I, Naxçıvan şəhər komandası II, Babək rayon komandası isə III yerlərə layiq görülmüşlər.
03-04 oktyabr 2008-ci il taixlərdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Prezident seçkiləri ilə bağlı “İlhamla İrəli” devizi altında voleybol üzrə 8 komandanın iştirakı ilə Naxçıvan MR çempionatı keçirilmişdir. Çempionatda Sədərək rayon komandası I, Culfa rayon komandası II, Ordubad rayon komandası III yerlərə layiq görülmüşlər. Sonda I, II, III yerləri tutmuş komandalara Naxçıvan MR Gənclər və İdman Naziliyinin diplomları və Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri verilmişdir.
31 oktyabr 2008-ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində İran İslam Respublikasının Şüt şəhərinin komandası ilə Sədərək rayon komandası arasında voleybol üzrə beynəlxalq yoldaşlıq görüşü keçirilmişdir. Görüşdə İran İslam Respublikasının Şüt şəhərinin komandası 3:1 hesabı ilə qalib olmuşdur.
18-21 fevral 2009-cu il tarixlərdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində İran İslam Respublikasının Urmiya vilayətinin Nəqədə şəhərinin voleybolçuları ilə Sədərək rayon voleybolçuları arasında Beynəlxalq yoldaşlıq görüşü keçirilmişdir. Bu Beynəlxalq yoldaşlıq görüşündə 2 oyun keçirilmişdir. Birinci oyunda Sədərək rayon komandası 3:1 hesabı ilə qalib gəlmiş, ikinci oyunda isə İran İslam Respublikası Sədərək rayon komandası üzərində 3:2 hesablı qalibiyyət əldə etmişdir.
07-08 may 2009-cu il tarixlərdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümumilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş voleybol üzrə Naxçıvan MR turniri keçirilmişdir. Turnirdə Sədərək rayon komandası I, Şərur rayon komandası II, Naxçıvan şəhər komandası isə III yerlərə layiq görülmüşdür. Sonda mükafata layiq komandalara Naxçıvan MR Gənclər və İdman Nazirliyinin diplomları, Naxçıvan MR Voleybol Federasiyasının diplom və qiymətli hədiyyələri verilmişdir.
09 iyul 2009-cu il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin Çaldıran şəhər komandası ilə Naxçıvan MR yığma komandası arasında voleybol üzrə Beynəlxalq yoldaşlıq görüşü keçirilmişdir. Bu görüşdə İran İslam Respublikasının Çaldıran şəhər komandası qalib olmuşdur.
13-14 may 2010-cu il tarixlərdə İlham Əliyav adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş voleybol üzrə 8 komandanın iştirakı ilə Naxçıvan MR turniri keçilmişdir. Turnirdə Şərur rayon komandası I, Sədərək rayon komandası II, Şahbuz rayon komandası isə III yerlərə layiq görülmüşdür. Sonda mükafata layiq yer tutmuş komandalar Naxçıvan MR Gənclər və İdman Nazirliyinin diplomları və Naxçıvan MR Voleybol Federasiyasının diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır.
17 fevral 2011-ci ildə Naxçıvan MR Voleybol Federasiyasının konfransı keçirilmişdir. Konfransda nazirlik aparatının əməkdaşları, şəhər və rayon Gənclər və İdman İdarələrinin rəisləri, Naxçıvan MR Voleybol Federasiyasının idarə heyətinin üzvləri və məşqçi-müəllimləri iştirak etmişlər.
2010-cu ilin dekabr ayında Voleybol Federasiyasının sədri vəzifəsindən azad olunduğundan, federasiyada sədr vəzifəsi boş qalmışdır. 11 yanvar 2011-ci ildə Naxçıvan MR Ali Məclisində keçirilən müşavirədə təşkilati məsələlərə də baxılmış, Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli Naxçıvan MR Voleybol Federasiyasının sədri vəzifəsinə təqdim olunmuşdur.
Naxçıvan MR Voleybol Federasiyasının konfransında Naxçıvan Beynəlxalq Hava Limanın direktoru Mənşur Gülməmmədli Naxçıvan MR Voleybol Federasiyasının sədri, Naxçıvan MR Gənclər və İdman Nazirliyinin əməkdaşı Aydın Mirzəyevi sədr müavini seçildilər. Bundan sonra Naxçıvan MR Voleybol Federasiyasının sədrinin göstərişi ilə voleybol üzrə Naxçıvan MR yığma komandasının tərkibinə yenidən baxılması məqsədilə 15-17 aprel 2011-ci il də İlham Əliyev adina Olimpiya İdman Kompleksində 30 yaşa qədər voleybolçular arasında Naxçıvan MR birinciliyi keçirilmişdir. Bu yarışı keçirməkdə məqsəd gənc perspektivli voleybolçuları aşkar edib Naxçıvan MR yığma komandanın tərkibinə qatmaq idi. Birincilikdə gənc perspektivli voleybolçular aşkar edilib Naxçıvan MR yığma komandasının tərkibinə təyin edildilər. Bundan sonra Naxçıvan MR Voleybol Federasiyası işini günün tələbləri səviyyəsində quraraq muxtar respublikada voleybol idman növünün inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirməyə başladı. Federasiya Naxçıvan MR Gənclər və İdman Nazirliyi ilə birlikdə 15-17 aprel 2011-ci ildə İlham Əliyev Olimpiya İdman Kompleksində yeniyetmələrdən ibarət voleybol üzrə yığma komandanın tərkibini komplekləştirmək üçün Naxçıvan MR birincilyi keçirildi. Bu birincilikdə 1 şəhər, 7 rayon komandaları olmaqla 8 komanda 2 yarımqrupda dairəvi sistem üzrə yarışdılar. 3 gün gərgin idman mübarizəsi şəraitində davam edən yarışda Sədərək rayon komandası I, Şərur rayon komandası II, Naxçıvan şəhər komandası isə III yerlərə layiq görüldülər.
12-14 may 2011-ci il tarixdə Şərur Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş voleybol üzrə kişilər arasında Naxçıvan MR turniri keçirilmişdir. Turnirdə 8 komanda 2 yarımqrupda dairəvi sistem üzrə yarışmışlar. 3 gün davam edən yarışda Sədərək rayon komandası I, Şərur rayon komandası II, Naxçıvan şəhər komandası III yerələrə layiq görülmüşlər. Sonda I, II, III yerləri tutmuş komandalar Naxçıvan MR Gənclər və İdman Nazirliyinin diplomları, Naxçıvan MR Voleybol Federasiyasının diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.
26 may 2011-ci il tarixdə Şərur Olimpiya Kompleksində İran İslam Respublikasının Şüt şəhərinin voleybolçuları ilə Naxçıvan MR voleybolçuları arasında Beynəlxalq yoldaşlıq görüşü keçirilmişdir. Bu görüşdə Naxçıvan MR voleybolçuları yüksək əzimkarlıq və baxımlı oyun göstərərək 3:2 hesabı ilə İran İslam Respublikasının voleybol komandasına qalib gəlmişdir.
10-12 may 2012-ci il tarixlərdə Şərur Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş yeniyetmə oğlanlar arasında voleybol üzrə Naxçıvan MR turniri keçirilmişdir. Turnirdə 8 komanda 2 yarımqrupda dairəvi sistem üzrə yarışmışlar. 3 gün davam edən turnirdə Sədərək rayon komandası I, Culfa rayon komandası II, Şahbuz rayon komandası III yerlərə layiq görülmüşlər. Sonda I, II, III yeləri tutmuş komandalar Naxçıvan MR Gənclər və İdman Nazirliyinin diplomları, Naxçıvan Voleybol Federasiyasının diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.
08-12 avqust 2012-ci il tarixlərdə Şəmkir Olimpiya İdman Kompleksində voleybol üzrə kişilər arasında zona yarışları üzrə Azərbaycan çempionatının final mərhələsi keçirilmişdir. 8 komandanın iştirak etdiyi çempionatda Muxtar Respublikamızın yığma komandası bütün rəqib komandaları məğlub edərək, yanlız final görüşündə Bakının “Neftçi” komandasına məğlub olaraq Azərbaycan çempionatında II yerə layiq görülmüşdür. Həmin çempionat ərəfəsində yığma komandamızın yetirmələrindən Əliyev Polad və Səfərli Pərvin voleybol üzrə Azərbaycan yığma komandasının tərkibində iştirak etmək üçün dəvət almışlar.
01 noyabr 2012-ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində İran İslam Respublikasının Maku şəhərinin voleybolçuları ilə Naxçıvan MR voleybolçuları arasında Beynəlxalq yoldaşlıq görüşü keçirilmişdir. Görüşdə 3:2 hesabı ilə Naxçıvan MR voleybolçuları qalib olmuşlar.
9 noyabr 2012-ci il tarixdə Şərur Olimpiya İdman Kompleksində, 10 noyabr 2012-ci ildə isə İlham Əliyev adına Olimpiya İdman Kompleksində voleybol üzrə Azərbaycan yığma komandası ilə Naxçıvan MR yığma komandası arasında yoldaşlıq görüşü keçirilmişdir. Hər iki görüşdə Azərbaycan yığma komandası qalib gəlmişdir.
10-11 dekabr 2012-ci il tarixlərdə 15 nömrəli tam orta məktəbin idman zalında Heydər Əliyevin anım günü iləəlaqədar Naxçıvan şəhər ümumtəhsil məktəblərinin qızlardan ibarət boleybol komandaları arasında Naxçıvan şəhər birinciliyi keçirilmişdir. 14 komandanın iştirak etdiyi birincilikdə 15 nömrəli tam orta məktəbin komandası I yerə, 6 nömrəli tam orta məktəbin komandası II yerə, 13 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülmüşlər.
26 dekabr 2012-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin İdman Kompleksində “31 dekabr –Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş Culfa rayon və Naxçıvan Dövlət Universitetinini voleybol komandaları arasında yoldaşlıq görüşü keçirilmişdir. Görüşdə 3:0 hesabı ilə Naxçıvan Dövlət Universitetinin komandası qalib olmuşdur.
22 fevral 2013-cü il tarixdə Türk Liseyin idman zalında 26 fevral Xocalı Soyqırımının 21-ci ildönümünə həsr olunmus voleybol üzrə orta ixtisas vəümümtəhsil məktəblərinin komandaları arasında Naxçıvan şəhər birinciliyi keçirilmişdir. Birincilikdə 5 komanda uduzan çıxır sistemi üzrə yarışmışlar. Sonda Hərbi Liseyin komandası I yerə, Tibb Kollecinin komandası II yerə, Texniki Kollecin komandası III yerə layiq görülmüşlər.
05 mart 2013-cü il tarixdə Naxçıvan Dövlət Universitetinin idman zalında Ordubad rayon və Naxçıvan Dövlət Universitetinin komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Görüşdə 3:0 hesabı ilə Naxçıvan Dövlət Universitetinin komandası qalib olmuşdur. Görüş “05 mart Bədən Tərbiyəsi vəİdman günü”nə həsr olunub.
15-17 aprel 2013-cü il tarixlərdə Naxçıvan Türk Liseyinin idman zalında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş,ümumtəhsil tam orta məktəblərinin oğlanlardan ibarət komandaları arasında voleybol üzrə Naxçıvan MR birinciliyi keçirilmişdir. Birincilikdə 8 komanda 2 yarımqrupda dairəvi sistem üzrə yarışmışlar. 3 gün gərgin idman mübarizəsi şəraitində keçən yarışda Sədərək rayon komandandası I, Naxçıvan şəhər komandası II, Şahbuz rayon komandası isə III yerlərə layiq görülmüşlər.
13-15 may 2013-cü il tarixlərdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş, kişilər arasında voleybol üzrə muxtar respublika turniri keçirilmişdir.Turnirdə 8 komanda 2 yarımqrupda dairəvi sistem üzrə yarışmışlar. 3gün davam edən turnirdə Sədərək rayon komandandası I, Şərur rayon komandası II, Daxili İşlər Nazirliyinin komandası isə III yerlərə layiq görülmüşlər.
20 iyun 2013-cü il tarixdə Naxçıvan Türk Liseyinin idman zalında “ 15 iyun Milli Qurtuluş Günü”nə həsr olunmuş Babək rayon və Naxçıvan Türk Liseyinin komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Bu görüşdə Babək rayon komanda sı 2:0 hesabı ilə qalib olmuşdur.
16 avqust 2013-cü il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Culfa və Babək rayon komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Bu görüşdə Culfa rayon komandası 3:1 hesabı ilə qalib olmuşdur.
27 sentyabr 2013-cü il tarixdə Naxçıvan Türk Liseyinin idman zalında “Heydər Əliyev ili ” devizi altında voleybol üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir. Birincilikdə 6 komanda uduzan çıxır (Olimpiya) sistemi üzrə yarışmışlar. Bu yarışda Hərbi Liseyin komandası I, 6 nömrəli tam orta məktəbin komandası II, 13 nömrəli tam orta məktəbin komandası isə III yerlərə layiq görülmüşlər.
10 noyabr 2013-cü il tarixdə Avropa Voleybol Konfederasiyasının Prezidenti Bakıda kişi voleybolunun inkişafı ilə bağlı iclas keçirmişdir.Həmin iclasda Naxçıvan MR Voleybol Federasiyasının müavini Aydın Mirzəyev iştirak etmək üçün Bakı şəhərinə ezam olunmuş və həmin iclasda iştirak etmişdir.
14 noyabr 2013-cü il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Ali Məclis yanında Gənclər Fondunun Gənclər İdman Nazirliyinin və Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə 10-17 noyabr “Tələbə Gənclər Həftəsi” nə həsr olunmuş Naxçıvan MR Ali və Ortaixtisas müəssisələrinin tələbələri arasında voleybol yarışı keçirilmişdir. Yarışda 6 komanda uduzan-çıxır (olimpiya) sistemi üzrə yarışmışlar. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Naxçıvan Dövlət Universitetinin komandası I, Musiqi Kollecinin komandası II, Texniki Kollecin komandası isə III yerə layiq görülmüşlər. Sonda qalib komandalara Naxçıvan MR Gənclər və İdman Nazirliyinin diplomları Ali Məclis yanında Gənclər Fondunun və Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim edilmişdir.
20-22 dekabr 2013-cü il tarixlərdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində , Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş , kişilər arasında voleybol üzrə Naxçıvan MR çempionatı keçirilmişdir. Çempionatda 8 komanda 2 yarımqrupda dairəvi sistem üzrə yarışmışlar. Üç gün gərgin idman mübarizəsi şəraitində keçən yarışda, Sədərək rayon komandası I, Şahbuz rayon komandası II, Şərur rayon komandası isə III yerlərə layiq görülmüşlər. Yarışı Naxçıvan MR Voleybol Federasiyasının çağırışı ilə Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq dərəcəli hakimləri idarə etmişlər.
27-28 fevral 2014-cü il tarixlərdə Naxçıvan Türk Liseyinin idman zalında Gənclər və İdman idarəsi Təhsil Şöbəsi və Naxçıvan MR Voleybol Federasiyasının təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi”nə həsr olunmuş, ümumtəhsil tam orta məktəblərinin oğlanlardan ibarət komandaları arasında voleybol üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir. Birincilikdə 15 komanda uduzan çıxır (Olimpiya) sistemi üzrə yarışmışlar. 2gün davam edən yarışda 6NO-li tam orta məktəbin komandası I , 15No-li tam orta məktəbin komandası II, 9No-li tam orta məktəbin komandası isə III yerə layiq görülmüşlər. Sonda qalib komandalara Gənclər və İdman idarəsi Təhsil Şöbəsinin diplomları və Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim edilmişdir.
03 mart 2014-cü il tarixdə Sədərək rayonunda Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə “5 mart Bədən Tərbiyəsi və İdman günü “nə həsr olunmuş Sədərək və Şərur rayon məktəblilərdən ibarət oğlan komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Görüşdə Sədərək rayon komandası 2:0 hesabı ilə Şərur rayon komandası üzərində qələbə qazanmışdır. Sonda hər iki komandaya Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim edilmişdir.
18 aprel 2014-cü il tarixdə Naxçıvan Dövlət Universitetinin İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə Culfa rayon və Naxçıvan Dövlət Universitetinin voleybol komandaları arasında yoldaşlıq görüşü keçirilmişdir. Bu görüşdə Naxçıvan Dövlət Universitetinin komandası 3:1 hesabı ilə qalib olmuşdur. Sonda hər iki komandaya Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim edilmişdir.
12-14 may 2014-cü il tarixlərdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş kişilər arasında voleybol üzrə Naxçıvan MR turniri keçirilmişdir. Turnirdə 8 komanda iki yarımqrupda dairəvi sistem üzrə yarışmışlar. Üç gün gərgin idman mübarizəsi şəraitində keçən turnirdə Sədərək rayon komandası I, Babək rayon komandası II, Culfa rayon komandası isə III yerə layiq görülmüşlər. Sonda qaliblərə Naxçıvan MR Gənclər və İdman Nazirliyinin diplomları, Naxçıvan MR Voleybol ederasiyasının hədiyyələri təqdim edilmişdir.
10-13 iyun 2014-cü il tarixlərdə voleybol üzrə Naxçıvan MR yığma komandası, Bakı şəhərində keçirilən kişilər arasında Azərbaycan çempionatı zona yarışlarının final mərhələsində iştirak etmişdir.
23 iyul 2014-cü il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin ve Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə Culfa və Babək rayon komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Bu görüşdə Babək rayon komandası 3-2 hesabı ilə qalib gəlmişdir. Sonda hər iki komandaya Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim edilmişdir.
26 avqust 2014-il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə Ordubad və Şahbuz rayon komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən bu yarışda Ordubad rayon komandası 3-2 hesabı ilə qalib gəlmişdir. Sonda hər iki komandaya Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim edilmişdir.
30 sentyabr 2014-cü il tarixdə Naxçıvan Dövlət Universitetinin İdman Kompleksində Naxçıvan MR Voleybol Federasiyası və Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ali və orta ixtisas müəssisələri tələbələrinin asudə vaxtlarının səmərəli təşkili məqsədilə voleybol üzrə birincilik keçirilmişdir. Birincilikdə 5 komanda uduzan-çıxır (Olimpiya) sistemi üzrə yarışmışlar.Maraqlı və gərgin keçən bu birincilikdə Naxçıvan Dövlət Universitetinin komandası I, Naxçıvan Musiqi Kollecinin komandası II, Naxçıvan Tibb Kollecinin komandası isə III yerlərə layiq görülmüşlər. Sonda qaliblərə Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin diplomları, Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim edilmişdir.
13 noyabr 2014-cü il tarixdə Naxçıvan Dövlət Universitetinin İdman Kompleksində, Naxçıvan MR Ali Məclisi Yanında Gənclər Fondunun, Naxçıvan MR Gənclər və İdman Nazirliyinin, Naxçıvan MR Voleybol Federasiyasının və YAP Naxçıvan MR Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “ 10-17 noyabr Beynəlxalq Tələbə Gənclər Həftəsi” nə həsr olunmuş ali və orta ixtisas təhsil müəssisələrinin oğlan tələbələri arasında voleybol üzrə turnir keçirilmişdir. Turnirdə 5 komanda uduzan-çıxır ( Olimpiya) sistemi üzrə yarışmışlar. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən turnirdə Naxçıvan Dövlət Universitetinin komandası I, Naxçıvan Musiqi Kollecinin komandası II, Naxçıvan Özəl Universitetinin və Naxçıvan Tibb Kollecinin komandaları III yerlərə layiq görülmüşlər. Sonda qalib komandalara təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələr təqdim edilmişdir.
26-dekabr 2014-cü il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin , Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılıgı ilə “ 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş Ordubad və Babək rayon komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Bu görüşdə Ordubad rayon komandası 3:1 hesabı ilə Babək rayon komandası üzərində qələbə qazanmışdır. Sonda hər iki komandaya Naxçıvan MR Voleybol Federasiyasının hədiyyələri təqdim edilmişdir.
25 fevral 2015-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin İdman Kompleksində Naxçıvan şəhər Gənclər İdman İdarəsinin və Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə “26 fevral Xocalı soyqırmı” nın 23-cü ildönümünə həsr olunmuş ali və orta ixtisas müəssisələrinin oğlan tələbələri arasında voleybol üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir. Birincilikdə 6 komanda, uduzan-çıxır sistemi üzrə yarışmışlar. Gərgin və maraqlı keçən yarışda Naxçıvan Dövlət Universitetinin komandası I , “Naxçıvan” Universitetinin komandası II , Naxçıvan Tibb Kollecinin komandası isə III yerlərə layiq görülmüşlər. Sonda qalib komandalara Naxçıvan şəhər Gənclər İdman İdarəsinin diplomları , Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim edilmişdir.
03 mart 2015-cil tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində, Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə “5 mart Bədən Tərbiyəsi və İdman Günü“ nə həsr olunmuş Babək və Ordubad rayon komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Ordubad rayon komandası 3:1 hesabı ilə Babək rayon komandası üzərində qələbə qazanmışdır. Sonda hər iki komandaya Naxçıvan MR Voleybol Federasiyasının hədiyyələri təqdim edilmişdir.
01-03 aprel 2015-ci il tarixlərdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyi və Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə voleybol üzrə Naxçıvan MR açıq biriniciliyi keçirilmişdir. Birincilikdə 8 komanda 2 yarımqrupda dairəvi sistem üzrə yarışmışlar. Üç gün gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Sədərək rayon komandası I , Daxili İşlər Nazirliyinin komandası II, Culfa rayon komandası isə III yerlərə layiq görülmüşlər. Sonda qalib komandalara Gənclər İdman Nazirliyinin diplomları, Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim olunmuşdur. Şərur , Sədərək və Ordubad rayon komandaları Voleybol Federasiyası tərəfindən “Duzdağ Hotel” ində yataq və yeməklə təmin olunmuşlar.
10-11 may 2015-ci il tarixlərdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyi və Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci il dönümünə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda kişilər arasında voleybol üzrə Naxçıvan MR turniri keçirilmişdir. Turnirdə 8 komanda uduzan-çıxır (olimpiya) sistemi üzrə yarışmışlar. 2 gün gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirdə Sədərək rayon komandası I , Culfa rayon komandası II, Şərur rayon komandası isə III yerlərə layiq görülmüşlər. Sonda qalib komandalara Naxçıvan MR Gənclər və İdman Nazirliyinin diplomları , Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim edilmişdir. Şərur , Sədərək və Culfa rayon komandaları Voleybol Federasiyası tərəfindən “Duzdağ Hotel” ində yataq və yeməklə təmin olunmuşlar.
30 iyul 2015-ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyi , Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə Culfa və Sədərək rayon yeniyetmə oğlanlardan ibarət voleybol komandaları arasında yoldaşlıq görüşü keçirilmişdir. Bu görüşdə Culfa rayon komandası 2:1 hesabı ilə Sədərək rayon komandası üzərində qələbə qazanmışdır. Sonda hər iki komandaya Naxçıvan MR Voleybol Federasiyasının hədiyyələri təqdim edilmişdir.
31 avqust 2015-ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyi , Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə kişilərdən ibarət Ordubad və Şahbuz rayon komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Gərgin və maraqlı keçən görüşdə Şahbuz rayon komandası 3:0 hesabı ilə qalib olmuşdur. Sonda hər iki komandaya Naxçıvan MR Voleybol Federasiyasının hədiyyələri təqdim edilmişdir.
30 sentyabr 2015-ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyi , Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə kişilərdən ibarət Babək və Şərur rayon komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Bu yoldaşlıq görüşündə Babək rayon komandası 3:1 hesabı ilə Şərur rayon komandası üzərində qələbə qazanmışdır. Sonda hər iki komandaya Naxçıvan MR Voleybol Federasiyasının hədiyyələri təqdim edilmişdir.
28 oktyabr 2015-ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyi , Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə kişilərdən ibarət Sədərək və Culfa rayon komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. . Gərgin və maraqlı keçən görüşdə Sədərək rayon komandası 3:1 hesabı ilə qalib olmuşdur. Sonda hər iki komandaya Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim edilmişdir.
30 noyabr 2015- ci il tarixdə Naxçıvan Dövlət Universitetinin İdman Kompleksində Naxçıvan MR Voleybol Federasiyası və Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ali və orta ixtisas müəssisələrinin oğlan tələbələri arasında, voleybol üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir. Birincilikdə 6 komanda iştirak etmişdir. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Naxçıvan Dövlət Universitetinin komandası I, Naxçıvan Musiqi Kollecinin komandası II, Naxçıvan Dövlət Texniki Kolleci və Naxçıvan Müəllimlər İnstitutunun komandaları isə III yerlərə layiq görülmüşlər. Sonda qalib komandalara Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin diplomları , Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim edilmişdir.
28 dekabr 2015- ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin , Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə “ 31Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü “-nə həsr olunmuş Ordubad və Şahbuz komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Şahbuz rayon komandası 3: 1 hesabı ilə Ordubad rayon komandası üzərində qələbə qazanmışdır. Sonda hər iki komandaya Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim edilmişdir.
22 yanvar 2016-cı il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin , Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə “20 Yanvar Şəhidlərinin xatirəsi” nə həsr olunmuş Sədərək və Babək rayon komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Bu yoldaşlıq görüşündə Sədərək rayon komandası 3:1 hesabı ilə qalib olmuşdur. Sonda hər iki komandaya Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim edilmişdir.
25 fevral 2016-cı il tarixdə Naxçıvan Dövlət Universitetinin İdman Kompleksində Naxçıvan MR Voleybol Federasiyasının və Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Xocalı soyqırımı”na həsr olunmuş ali və orta ixtisas təhsil müəssisələrinin oğlan komandaları arasında voleybol üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir. Birincilikdə 4 komanda iştirak etmişdir. Gərgin və maraqlı keçən yarışda Naxçıvan Dövlət Universitetinin komandası I, Naxçıvan Dövlət Texniki kollecin komandası II, Naxçıvan Universitetinin komandası isə III yerə layiq görülmüşlər.Sonda qalib komandalara Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin diplomları, Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim edilmişdir.
02 mart 2016-cı il tarixdə Şərur Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının təşkilatçılığı ilə “5 mart Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş Şərur və Culfa rayon kişilərdən ibarət komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir.Bu görüşdə yaxşı oyun nümayiş etdirərək Şərur rayon komandası 3:1 hesabı ilə Culfa rayon komandası üzərində qələbə qazanmışdır. Sonda hər iki komandaya Naxçıvan MR Voleybol Federasiyasının hədiyyələri təqdim edilmişdir.
18-20 aprel 2016-cı il tarixlərdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının təşkilatçılığı ilə kişilər arasında voleybol üzrə Naxçıvan MR açıq birinciliyi keçirilmişdir. 3 gün gərgin idman mübarizəsi şəraitində keçən birincilikdə 8 komanda (7 rayon, 1 şəhər) iki yarım qrupda dairəvi sistem üzrə yarışmışlar. Sonda Şahbuz rayon komandası I, Sədərək rayon komandası II, Şərur rayon komandası III yerlərə layiq görülmüşlər.Sədərək, Ordubad və Şərur rayon komandaları voleybol federasiyası tərəfindən Naxçıvan şəhərində Qrand hotelində yataqla təmin olunmuşlar.Sonda I,II,III yerlərə layiq görülmüş komandalar Naxçıvan MR Gənclər və İdman Nazirliyinin diplomları, Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri ilə təltif edilmişlər.
30-31 may 2016-cı il tarixlərdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin, Naxçıvan MR Voleybol Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda kişilər arasında voleybol üzrə Naxçıvan MR turniri keçirilmişdir. İki gün gərgin idman mübarizəsi şəraitində keçən turnirdə 8 komanda uduzan çıxır (olimpiya) sistemi üzrə yarışmışlar. Sonda Şərur rayon komandası I, Sədərək rayon komandası II, Culfa rayon komandası III yerlərə laiq görülmüşlər. Turnirin sonunda qalib komandalara Naxçıvan MR Gənclər və İdman Nazirliyinin diplomları, Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim edilmişdir.
22 iyun 2016-cı il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü” nə həsr olunmuş Naxçıvan şəhər və Culfa rayon komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Bu görüşdə Culfa rayon komandası əzmkarlıq nümayiş etdirərək Naxçıvan şəhər komandası üzərində 3:2 hesabı ilə qələbə qazanmışdır. Sonda hər iki komandaya Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim edilmişdir.
27 iyul 2016-cı il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Babək və Ordubad rayon komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə Ordubad rayon komandası əzmkarlıq göstərərək 3:0 hesabı ilə Babək rayon komandası üzərində qələbə qazanmışdır. Sonda hər iki komandaya Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim edilmişdir.
23 sentyabr 2016-cı il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının təşkilatçılığı ilə Naxçıvan şəhər və Sədərək rayon kişilərdən ibarət komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Bu görüşdə Naxçıvan şəhər komandası əzmkarlıq göstərərək 3:0 hesabı ilə Sədərək rayon komandası üzərində qələbə qazanmışdır. Sonda hər iki komandaya Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim edilmişdir.
27 oktyabr 2016-cı il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının təşkilatçılığı ilə Şərur və Şahbuz rayon komandaları arasında 18 Oktyabr Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə Şərur rayon komandası 3:2 hesabı ilə Şahbuz rayon komandasını məğlub etmişdir. Sonda hər iki komandaya Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim edilmişdir.
03-07 noyabr 2016-cı il tarixlərdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Azərbaycan Çempionatı 2016/2017 Yüksək Liqa kişilər arasında voleybol üzrə birinci dövrənin I, II, III, IV, V turunun oyunları keçirilmişdir. Bu çempionatda Bakının “Lokomativ”, “Neftçi”, “Nəqliyyatçı”, “MOİK” , Sumqayıt və Naxçıvan komandaları iştirak etmişlər. Gərgin və maraqlı keçən bu çempionatda Naxçıvan MR yığma komandası 6 xalla birinci dövrəni başa vurmuşdur.
17-20 noyabr 2016-cı il tarixlərdə Kolumbiyanın və Azərbaycanın yeniyetmə qızlardan ibarət komandaları Naxçıvan şəhərində olmuşlar. Muxtar Respublikamızın muzeyləri, gəzməli və görməli yerləri ilə tanış olmuşlar. 19 noyabr 2016-cı il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Kolumbiya və Azərbaycanın yeniyetmə qızlardan ibarət komandaları arasında voleybol üzrə beynəlxalq yoldaşlıq görüşü keçirilmişdir. Bu görüşdə Azərbaycanın yeniyetmə qızlardan ibarət yığma komandası 2:0 hesabı ilə Kolumbiyanın qızlardan ibarət voleybol komandasına qalib gəlmişlər. Sonda hər iki komandaya Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim edilmişdir.
22-26 dekabr 2016-cı il tarixlərdə Bakı şəhəri Dərnəgül Voleybol Mərkəzində Yüksək Liqa kişilər arasında Azərbaycan çempionatı II dövrənin I, II, III, IV, V turunun oyunları keçirilmişdir. Çempionatda Bakının “Lokomativ”, “Neftçi”, “Nəqliyyatçı”, “MOİK”, Sumqayıt və Naxçıvanın MR yığma komandaları iştirak etmişlər. Naxçıvan MR yığma komandası 5 oyundan 3 məğlubiyyət, 2 qələbə əldə edərək ikinci dövrəni 5 xalla başa vurmuşdur. Hazırda Naxçıvan MR yığma komandasının birinci və ikinci dövrənin nəticəsinə görə 11 xalı vardır. Üçüncü dövrənin oyunları isə 2017-ci ilin fevral ayında keçiriləcəkdir.
28 fevral 2016-cı il – 03 mart 2017-ci il tarixlərdə Bakı şəhəri Dərnəgül Voleybol Mərkəzində Yüksək Liqa kişilər arasında Azərbaycan çempionatı III dövrənin I, II, III, IV turunun oyunları keçirilmişdir. Çempionatda Bakının “Lokomativ”, “Neftçi”, “Nəqliyyatçı”, “MOİK” və Naxçıvan komandaları iştirak etmişlər. Naxçıvan yığma komandası 4 oyundan 3 məğlubiyyət və 1 qələbə əldə etmişdir. Hazırda Naxçıvan MR yığma komandasının birinci, ikinci və üçüncü dövrənin nəticəsinə görə 13 xalı vardır.
7 mart 2017-ci il tarixdə Naxçıvan şəhəri İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə “5 mart- Bədən tərbiyəsi və İdman günü” münasibətilə kişilərdən ibarət Naxçıvan şəhər və Culfa rayon komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Bu görüşdə Naxçıvan şəhər komandası 3:1 hesabı ilə Culfa rayon komandasını məğlub etmişdir. Sonda hər iki komandaya Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim edilmişdir.
15-17 mart 2017-ci il tarixlərdə Bakı şəhəri Dərnəgül Voleybol Mərkəzində Yüksək Liqa kişilər arasında Azərbaycan çempionatının final mərhələsinin I turu keçirilmişdir. Çempionatda Bakının “Lokomativ”, “Neftçi”, “MOİK” və Naxçıvan komandaları iştirak etmişlər. Naxçıvan komandası 2 məğlubiyyət , 1 qələbə əldə etmişdir.
28-30 mart 2017-ci il tarixlərdə Naxçıvan şəhərində İlham Əliyev adına Olimpiya İdman Kompleksində Yüksək Liqa kişilər arasında Azərbaycan çempionatının final mərhələsinin oyunları keçirilmişdir. Final mərhələsində Bakının “Lokomativ”, “Neftçi”, “MOİK” və Naxçıvan komandaları iştirak etmişlər. Çempionatın finalında “Lokomativ” komandası I, “Neftçi” komandası II, Naxçıvan komandası isə III yerlərə layiq görülmüşlər. Sonda qalib komandalar Kubok və Medallarla təltif olunmuşlar.
27 aprel 2017-ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının təşkilatçılığı ilə Naxçıvan şəhər və Şərur rayon komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Bu görüşdə Naxçıvan şəhər komandası 3:1 hesabı ilə qalib olmuşdur. Sonda hər iki komandaya Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri verilmişdir.
24-26 may 2017-ci il tarixlərdə İlham Əliyev adına Olimpiya İdman Komplek-sində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının təşkilatçılığı ilə “Heydər Əliyev Kuboku” uğrunda kişilər arasında voleybol üzrə Naxçıvan MR turniri keçirilmişdir. Turnirdə 7 rayon və 1 şəhər komandası olmaqla 8 komanda iki yarımqrupda dairəvi sistem üzrə yarışmışlar. 3 gün gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Şərur rayon komandası I, Sədərək rayon komandası II, Naxçıvan şəhər komandası isə III yerlərə layiq görülmüşlər. Sonda qalib komandalara Gənclər və İdman Nazirliyinin diplomları, Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim edilmişdir.
29 iyun 2017-ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Respublikasının “Silahlı Qüvvələr Günü” nə həsr olunmuş Şahbuz və Ordubad rayon komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Bu görüşdə Ordubad rayon komandası 3:0 hesabı ilə Şahbuz rayon komandası üzərində qələbə qazanmışdır. Sonda hər iki komandaya Naxçıvan MR Voleybol Federasiyasının hədiyyələri təqdim edilmişdir.
26 iyul 2017-ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Sədərək rayon və Naxçıvan şəhər komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən bu yarışda Sədərək rayon komandası 3:1 hesabı ilə Naxçıvan şəhər komandası üzərində qələbə qazanmışdır. Sonda hər iki komandaya Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim edilmişdir.
27 sentyabr 2017-ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Naxçıvan şəhər və Culfa rayon komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir.Bu görüşdə Naxçıvan şəhər komandası yaxşı oyun nümayiş etdirərək 3:0 hesabı ilə Culfa rayon komandası üzərində qələbə qazanmışdır. Sonda hər iki komandaya Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim edilmişdir.
27 oktyabr 2017-ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə “ Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Şərur və Ordubad rayon komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir.Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən bu görüşdə Şərur rayon komandası 3:0 hesabı ilə qalib olmuşdur.Sonda hər iki komandaya Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim edilmişdir.
15 noyabr 2017-ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin,YAP Naxçıvan MR Təşkilatının,Naxçıvan MR Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə “10-17 noyabr Beynəlxalq Tələbə Gənclər Həftəsi”nə həsr olunmuş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında voleybol üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmişdir.Birincilikdə 6 komanda uduzan-çıxır (olimpiya) sistemi üzrə yarışmışlar.Gərgin və maraqlı keçən birincilikdə Naxçıvan Universiteti I, Naxçıvan Dövlət Universiteti II, Naxçıvan Tibb Kolleci III yerlərə layiq görülmüşlər.Sonda qalib komandalara təçkilatçılar tərəfindən hədiyyələr təqdim edilmişdir.
22 dekabr 2017-ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə “ Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Şərur və Sədərək rayon komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir.Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən bu görüşdə Sədərək rayon komandası 3:1 hesabı ilə qalib olmuşdur.Sonda hər iki komandaya Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim edilmişdir.
03-06 fevral 2018-ci il tarixlərdə Bakı şəhəri Dərnəgül İdman Mərkəzində Yüksək Liqa kişilər arasında voleybol üzrə Azərbaycan çempionatında I dövrənin I,II,III və IV turunun oyunları keçirilmişdir. Çempionatda Bakının Neftçi, Sərhədçi, Lokomativ, Ekspress və Naxçıvan komandaları görüşmüşlər. I dövrənin nəticələrinə görə Naxçıvan komandası 3 məğlubiyyət və 1 qələbə əldə etmişdir və I dövrəni 3 xalla başa vurmuşdur.
02 mart 2018-ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə “05 mart Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş Naxçıvan şəhər və Culfa rayon komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən bu görüşdə Culfa rayon komandası böyük əzmkarlıq göstərərək 3:2 hesabı ilə Naxçıvan komandası üzərində qələbə qazanmışdır. Sonda hər iki komandaya federasiyanın qiymətli hədiyyələri təqdim edilmişdir.
18-20 aprel 2018-ci il tarixlərdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə kişilər arasında voleybol üzrə Naxçıvan Muxtar Respublika açıq birinciliyi keçirilmişdir. Birincilikdə 7 rayon, 1 şəhər komandaları olmaqla 8 komanda iki yarımqrupda dairəvi sistem üzrə yarışmışlar. Üç gün gərgin və maraqlı keçən bu birincilikdə Naxçıvan şəhər komandası I , Sədərək rayon komandası II, Şərur rayon komandası III yerlərə layiq görülmüşlər. Sonda qalib komandalara Naxçıvan MR Gənclər və İdman Nazirliyinin diplomları, Naxçıvan MR Voleybol Federasiyasının kubok və qiymətli hədiyyələri təqdim edilmişdir.
21-22 may 2018-ci il tarixlərdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “ Heydər Əliyev Kuboku” uğrunda voleybol üzrə kişilər arasında Naxçıvan Muxtar Respublika turniri keçirilmişdir. Bu turnirdə 7 rayon, 1 şəhər komandaları ümumilikdə 8 komanda uduzan-çıxır (olimpiya) sistemi üzrə yarışmışlar. İki gün gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən bu yarışda Şərur rayon komandası I , Sədərək rayon komandası II , Culfa rayon komandası isə III yerlərə layiq görülmüşlər. Sonda qalib komandalara Naxçıvan MR Gənclər və İdman Nazirliyinin diplomları, Naxçıvan MR Voleybol Federasiyasının kubok və qiymətli hədiyyələri təqdim edilmişdir.
29 iyun 2018-ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə “Silahlı Qüvvələr Günü” nə həsr olunmuş Culfa rayon və Naxçıvan şəhər komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Bu görüşdə Naxçıvan şəhər komandası Culfa rayon komandası üzərində 3:2 hesabı ilə qələbə qazanmışdır. Sonda hər iki komandaya Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim edilmişdir.
27 iyul 2018-ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə “ Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Ordubad və Şahbuz rayon komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən bu görüşdə Şahbuz rayon komandası 3:2 hesabı ilə Ordubad rayon komandasına qalib gəlmişdir. Sonda hər iki komandaya Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim edilmişdir.
30 avqust 2018-ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə “ Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Şərur və Şahbuz rayon komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən bu görüşdə Şərur rayon komandası 3:1 hesabı ilə Şahbuz rayon komandasına qalib gəlmişdir. Sonda hər iki komandaya Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim edilmişdir.
28 sentyabr 2018-ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə “ Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Naxçıvan şəhər və Ordubad rayon komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən bu görüşdə Naxçıvan şəhər komandası 3:0 hesabı ilə Ordubad rayon komandasına qalib gəlmişdir. Sonda hər iki komandaya Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim edilmişdir.
30 oktyabr 2018-ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə “ Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Sədərək və Culfa rayon komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Maraqlı və gərgin keçən görüşdə Sədərək rayon komandası 3:2 hesabı ilə Culfa rayon komandasına qalib gəlmişdir. Sonda hər iki komandaya Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim edilmişdir.
14 noyabr 2018-ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə “10-17 noyabr Beynəlxalq Tələbə Gənclər Həftəsi”nə həsr olunmuş ali və orta ixtisas təhsili müəssisələrinin oğlan tələbələri arasında voleybol üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmişdir. Birincilikdə 6 komanda uduzan-çıxır sistemi üzrə yarışmışlar. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Naxçıvan Universiteti I, Naxçıvan Dövlət Universiteti II, Naxçıvan Müəllimlər İnstitutunun komandası isə III yerlərə layiq görülmüşlər. Sonda qalib komandalar Gənclər və İdman Nazirliyinin kubok və diplomları, Voleybol Federasiyasının qiymətli hədiyyələri ilə təltif edilmişlər.
20 dekabr 2018-ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş Naxçıvan şəhər və Şahbuz rayon komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Bu görüşdə Naxçıvan şəhər komandası Şahbuz rayon komandası üzərində 3:0 hesabı ilə qələbə qazanmışdır. Sonda hər iki komandaya Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim edilmişdir.
25 yanvar 2019-cu il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə “ Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Sədərək və Culfa rayon komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Maraqlı və gərgin keçən görüşdə Culfa rayon komandası 3:1 hesabı ilə Sədərək rayon komandasına qalib gəlmişdir. Sonda hər iki komandaya Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim edilmişdir.
27 fevral 2019-cu il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə "Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi"nə həsr edilmiş Şahbuz və Ordubad rayon kişi komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Gərgin və maraqlı mübarizə şəraitində keçirilən görüşdə Şahbuz rayon komandası 3:2 hesabı ilə Ordubad rayon komandası üzərində qələbə qazanmışıdır. Yekunda hər iki komandaya Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim edilmişdir.
11 mart 2019-cu il tarixdə Əbrəqunus kənd tam orta məktəbinin idman zalında, Culfa rayon Gənclər və İdman İdarəsinin, YAP Culfa rayon Təşkilatı Gənclər Birliyinin və Naxçıvan MR Voleybol Federasiyasının Culfa rayon Bölməsinin birgə təşkilatçılığı ilə böyüklər arasında Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr edilmiş Əbrəqunus və Bənəniyar kənd komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Gərgin və maraqlı mübarizə şəraitində keçirilən görüşdə Bənənyar kənd komandası 3:1 hesabı ilə Əbrəqunus kənd komandası üzərində qələbə qazanmışıdır. Yekunda hər iki komandaya təşkilatçılar tərəfindən diplomlar təqdim edilmişdir.
08 aprel 2019-cu il tarixdə Kəngərli rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Uşaq-gənclər idman məktəbinin birgə təşkilatçılığı ilə Kəngərli rayon Yurdcu kənd tam orta məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Kəngərli rayon ümumtəhsil məktəblərinin komandaları arasında voleybol üzrə rayon birinciliyi keçirilmişdir. Birincilikdə 8 məktəbdən 64 idmançı iştirak etmişdir. Qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılmışdır.
18 aprel 2019-cu il tarixdə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Kolanı kənd tam orta məktəbinin idman zalında Biçənək-Daylaqlı, Şahbuz şəhər - Kolanı kənd voleybol komandaları arasında yoldaşlıq görüşləri keçirilmişdir.
22-24 aprel 2019-cu il tarixlərdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikası - 95” devizi altında voleybol üzrə kişilər arasında Naxçıvan Muxtar Respublika açıq birinciliyi keçirilmişdir. Birincilikdə 7 rayon, 1 şəhər komandaları olmaqla 8 komanda iki yarımqrupda dairəvi sistem üzrə yarışmışlar. Üç gün gərgin və maraqlı keçən bu birincilikdə Naxçıvan şəhər komandası I, Sədərək rayon komandası II, Culfa rayon komandası III yerlərə layiq görülmüşlər. Sonda qalib komandalara Naxçıvan MR Gənclər və İdman Nazirliyinin diplomları, Naxçıvan MR Voleybol Federasiyasının kubok və qiymətli hədiyyələri təqdim edilmişdir.
24 aprel 2019-cu il tarixdə Sədərək rayon Gənclər və İdman İdarəsinin, Sədərək rayon Təhsil Şöbəsinin, Naxçıvan MR Voleybol Federasiyasının Sədərək rayon bölməsinin və YAP Sədərək rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Sədərək rayon 2 saylı tam orta məktəbində Sədərək 1 nömrəli və 2 nömrəli tam orta məktəbin komandaları arasında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında voleybol üzrə yoldaşlıq görüş keçirilmişdir.
02 may 2019-cu il tarixdə Culfa şəhər 3 №-li tam orta məktəbinin idman zalında Culfa rayon Gənclər və İdman İdarəsinin, Naxçıvan MR Paralimpiya Federasiyasının Culfa rayon bölməsinin, YAP-Culfa rayon Təşkilatı Gənclər Birliyinin və Naxçıvan MR Voleybol Federasiyasının Culfa rayon bölməsinin birgə təşkilatçılığı ilə voleybol üzrə Culfa şəhər “Əlincə” və “Darıdağ” komandaları arasında yoldaşlıq görüşü keçirilmişdir. Gərgin və maraqlı mübarizə şəraitində keçirilən bu görüşdə 3:1 hesabı ilə “Darıdağ” komandası qalib gəlmişdir. Yekunda hər iki komandaya və fərqlənən idmançılara təşkilatçılar tərəfindən diplomlar təqdim edilmişdir.
08 may 2019-cu il tarixdə Kəngərli rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Kəngərli rayon Təşkilatı Gənclər Birliyi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Kəngərli rayon Yurdcu kənd tam orta məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə Kəngərli rayon ümumtəhsil məktəblərinin komandaları arasında voleybol üzrə rayon birinciliyi keçirilmişdir. Birincilikdə 8 məktəbdən 64 idmançı iştirak etmişdir.
16 may 2019-cu il tarixdə Culfa şəhər 3 №-li tam orta məktəbinin idman zalında Culfa və Ordubad rayon Gənclər və İdman İdarələrinin, YAP-Rayon Təşkilatları Gənclər Birliklərinin və Naxçıvan MR Voleybol Federasiyasının rayon bölmələrinin birgə təşkilatçılığı ilə böyüklər arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci ildönümünə həsr edilmiş Culfa və Ordubad rayon voleybol komandaları arasında yoldaşlıq görüşü keçirilmişdir. Bu görüşdə 3:0 hesabı ilə Ordubad rayon komandası qalib gəlmişdir. Yekunda hər iki komandaya və fərqlənən idmançılara diplomlar təqdim edilmişdir.
29-30 may 2019-cu il tarixlərdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda voleybol üzrə Naxçıvan Muxtar Respublika turniri keçirilmişdir. Bu turnirdə Azərbaycan Respublikasının yeniyetmələrdən ibarət yığma komandası, Naxçıvan şəhər, Culfa, Sədərək, Şərur rayon komandaları ümumilikdə 5 komanda uduzan-çıxır (olimpiya) sistemi üzrə yarışmışlar. İki gün gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən bu yarışda Azərbaycan Respublikasının yeniyetmələrdən ibarət yığma komandası I, Naxçıvan şəhər komandası II, Sədərək rayon komandası isə III yerlərə layiq görülmüşlər. Sonda qalib komandalara Naxçıvan MR Gənclər və İdman Nazirliyinin diplomları, Naxçıvan MR Voleybol Federasiyasının kubok və medalları təqdim edilmişdir.
Qeyd: Azərbaycan Respublikasının yeniyetmələrdən ibarət yığma komandası Naxçıvan MR Voleybol Federasiyası tərəfindən yataq və yeməklə təmin olunmuşdur.
08 iyun 2019-cu il tarixdə Sədərək və Şərur rayon Gənclər və İdman İdarələrinin birgə təşkilatçılığı ilə Sədərək rayon 1 saylı orta məktəbin idman zalında “15 iyun - Milli Qurtuluş Günü”nə həsr edilmiş voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir.
14 iyun 2019-cu il tarixdə gənclərdən ibarət Külüs və Keçili voleybol komandaları arasında yoldaşlıq görüşü keçirilmişdir.
21 iyun 2019-cu il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə “15 iyun Milli Qurtuluş Günü”nə həsr olunmuş Ordubad və Şahbuz rayon komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Bu görüşdə Şahbuz rayon komandası 3:0 hesabı ilə Ordubad rayon komandası üzərində qələbə qazanmışdır. Sonda hər iki komandaya Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim edilmişdir.
10 iyul 2019-cu il tarixdə Kolanı kənd tam orta məktəbinin idman zalında Kolanı və Biçənək kənd voleybol komandaları arasında yoldaşlıq görüşü keçirilib. Oyun 3:2 hesabı ilə Kolanı komandasının qələbəsi ilə başa çatmışdır.
18 iyul 2019-cu il tarixdə Kəngərli rayon Yurdçu kənd tam orta məktəbin idman zalında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında rayon birinciliyi keçirilmişdir. 8 komandanın mübarizə apardığı görüşdə Çalxanqala kənd tam orta məktbin komandası I yerə, Qıvraq qəsəbə kənd tam orta məktbin komandası II yerə, Yurdçu kənd tam orta məktəbin komandası III yerə layiq görülmüşdür.
19 iyul 2019-cu il tarixdə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Şahbuz şəhər tam orta məktəbinin idman zalında Şahbuz şəhər və Kolanı kənd voleybol komandaları arasında yoldaşlıq görüşü keçirilib. Oyunda 3:0 hesabı ilə Şahbuz şəhər komandası qalib gəlmişdir.
24 iyul 2019-cu il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında voleybol üzrə Naxçıvan şəhər və Culfa rayon komandaları arasında yoldaşlıq görüşü keçirilmişdir. Bu görüşdə Culfa rayon komandası 3:1 hesabı ilə qalib olmuşdur. Sonda hər iki komandaya Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim edilmişdir.
27 avqust 2019-cu il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında voleybol üzrə Şərur və Sədərək rayon komandaları arasında yoldaşlıq görüşü keçirilmişdir. Bu görüşdə Şərur rayon komandası 3:2 hesabı ilə Sədərək rayon komandası üzərində qələbə qazanmışdır. Sonda hər iki komandaya Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim edilmişdir.
11 sentyabr 2019-cu il tarixdə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Şahbuz şəhər tam orta məktəbinin idman zalında Biçənək kənd və Şahbuz şəhər voleybol komandaları arasında yoldaşlıq görüşü keçirilib. Oyun 3:1 hesabı ilə Biçənək kənd komandasının qələbəsi ilə başa çatmışdır.
25 sentyabr 2019-cu il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında voleybol üzrə Şahbuz və Culfa rayon komandaları arasında yoldaşlıq görüşü keçirilmişdir. Bu görüşdə Culfa rayon komandası 3:1 hesabı ilə qalib gəlmişdir. Sonda hər iki komandaya Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim edilmişdir.
25-27 sentyabr 2019-cu il tarixlərdə Culfa rayonunda məktəblilər arasında rayon birinciliyi keçirilmişdir. 12 komandanın mübarizə apardığı birincilikdə Əbrəqunus kənd tam orta məktəbin komandası I yerə, Culfa şəhər 3 nömrəli tam orta məktəbin komandası II yerə, Saltaq kənd tam orta məktəbin komandası isə III yerə layiq görülmüşlər.
22 oktyabr 2019-cu il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında voleybol üzrə Ordubad və Kəngərli rayon komandaları arasında yoldaşlıq görüşü keçirilmişdir. Bu görüşdə Ordubad rayon komandası 3:0 hesabı ilə qalib gəlmişdir. Sonda hər iki komandaya Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim edilmişdir.
08 noyabr 2019-cu il tarixdə Kolanı kənd tam orta məktəbinin idman zalında Kolanı və Biçənək kənd voleybol komandaları arasında yoldaşlıq görüşü keçirilmişdir.
14 noyabr 2019-cu il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə “10-17 noyabr Beynəlxalq Tələbə Gənclər Həftəsi” nə həsr olunmuş ali və orta ixtisas təhsili müəssisələrinin oğlan tələbələri arasında voleybol üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmişdir. Birincilikdə 6 komanda uduzan-çıxır sistemi üzrə yarışmışlar. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Naxçıvan Universiteti I, Naxçıvan Tibb Kolleci II, Naxçıvan Dövlət Universiteti III yerlərə layiq görülmüşlər. Sonda qalib komandalar Gənclər və İdman Nazirliyinin kubok və diplomları, Voleybol Federasiyasının qiymətli hədiyyələri ilə təltif edilmişlər.
15 noyabr 2019-cu il tarixdə Şahbuz şəhər tam orta məktəbinin idman zalında Şahbuz və Biçənək kənd komandaları arasında yoldaşlıq görüşü keçirilmişdir.
15-16 noyabr 2019-cu il tarixlərdə Şərur Olimpiya İdman Kompleksində məktəblilər arasında voleybol üzrə rayon birinciliyi keçirilmişdir. Birincilikdə 10 komandada 120 şagird iştirak etmişdir.
19 noyabr 2019-cu il tarixdə Culfa rayon 3№-li tam orta məktəbin idman zalında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyinə həsr olunmuş voleybol üzrə rayon birinciliyi keçirilmişdir. Birincilikdə 8 komandada 96 idmançı iştirak etmişdir.
21 noyabr 2019-cu il tarixdə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında voleybol üzrə Babək rayon birincilyi keçirilmişdir. Birincilikdə 6 tam orta məktəbdən 50-yə yaxın idmançı iştirak etmişdir.
21 noyabr 2019-cu il tarixdə Şərur rayon Alışar kənd tam orta məktəbində məktəblilər arasında voleybol üzrə rayon birinciliyi keçirilmişdir. Birincilikdə 7 komandada 84 məktəbli iştirak etmişdir.
26-29 noyabr 2019-cu il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin, Naxçıvan MR Təhsil Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin oğlan və qız komandaları arasında voleybol üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmişdir. Birincilikdə məktəbli qızlar arasında 10 komanda uduzan-çıxır sistemi üzrə yarışmışlar. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Culfa rayon məktəbli qızlar komandası I, Şərur rayon məktəbli qızlar komandası II, Kəngərli rayon məktəbli qızlar komandası III yerlərə layiq görülmüşlər. Məktəbli oğlanlar arasında 9 komanda uduzan-çıxır sistemi üzrə yarışmışlar. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Culfa rayon məktəbli oğlanlar komandası I, Şərur rayon məktəbli oğlanlar komandası II, Kəngərli rayon məktəbli oğlanlar komandası III yerlərə layiq görülmüşlər. Sonda qalib komandalar Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin və Voleybol Federasiyasının kubok və diplomları ilə təltif edilmişlər.
17 dekabr 2019-cu il tarixdə kişilər arasında voleybol üzrə Şahbuz rayon çempionatına start verilmişdir. Çempionatda 20 komanda iştirak edir.
19 dekabr 2019-cu il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş voleybol üzrə Naxçıvan şəhər və Şərur rayon komandaları arasında yoldaşlıq görüşü keçirilmişdir. Bu görüşdə Naxçıvan şəhər komandası 3:2 hesabı ilə qalib gəlmişdir. Sonda hər iki komandaya Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim edilmişdir.
22 yanvar 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı yığıncağı olub.
Tədbiri giriş sözü ilə açan Voleybol Federasiyanın sədr müavini Aydın Mirzəyev bildirib ki, federasiya ötən il işini günün tələbləri səviyyəsində quraraq bu idman növünün inkişafı və kütləviliyinə nail olunması istiqamətində bir sıra işlər görüb. Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində komandanın maddi texniki bazası gücləndirilib. Voleybol üzrə yığma komandamız həftənin beş günü İlham Əliyev adına Olimpiya-İdman Kompleksində məşqlərini davam etdirib. Vurğulanıb ki, Voleybol Federasiyası tərəfindən muxtar respublika üzrə 2019-cu il ərzində 1 çempionat,1 turnir, 3 muxtar respublika birinciliyi, 8 rayon birinciliyi, 20 yoldaşlıq görüşü, ümumilikdə 33 idman tədbiri keçirilib. Eyni zamanda, federasiyanın yeniyetmələrindən 2000-ci il təvəllüdlü yeniyetmə voleybolçularından Uğur Qədimov və Mirhasil Seyidov Azərbaycanın yeniyetmələrdən ibarət voleybol üzrə yığma komandasına dəvət alıblar. Hazırda təlim-məşq toplanışlarında iştirak edirlər və Avropada keçirilən yarışlarda Azərbaycanı təmsil edirlər.
Federasiyanın sədr müavini çıxışının sonunda həyata keçirilən tədbirlərin federasiya ilə Gənclər və İdman Nazirliyinin birgə və məqsədyönlü fəaliyyətinin nəticəsi olduğunu qeyd edib, dövlət idman siyasəti çərçivəsində qarşıya qoyulan tələb və tapşırıqların bundan sonra da layiqincə yerinə yetiriləcəyinə, eyni zamanda yığma komandanın tərkibinin gücləndirilməsi istiqamətində ardıcıl işlər görüləcəyinə əminliyini bildirib.
Yığıncaqda çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini Məcid Seyidov qeyd edib ki, muxtar respublikamızda idmanın inkişafı sahəsində mühüm işlər görülür, gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Bu işlərin davamlı həyata keçirilməsi və yaradılan müasir idman mühiti gənclərin bədən tərbiyəsi və idmana olan marağını artırır, idman klublarının və federasiyaların heyəti ilbəil genişlənir.
Məcid Seyidov bildirib ki, Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyası da 2019 - cu ildə öz işini verilmiş tapşırıqlara əsasən qurub. Muxtar respublikamızda 4537 idmançı 314 qrupda bu idman növü ilə məşğuldur. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi muxtar respublikamızda 2002-ci ildə yaradılan Voleybol Federasiyası ilə birgə idmanın bu növünü inkişaf etdirmək və kütləviliyinin təmin edilməsi məqsədi ilə çoxsaylı tədbirlər həyata keçirib. Belə ki, Kəngərli, Şahbuz, Culfa, Şərur, Babək rayon birincilikləri, Naxçıvan Dövlət Universitetinin İdman Kompleksində “Naxçıvan Muxtar Respublikası-95” devizi altında kişilər arasında Naxçıvan Muxtar Respublika açıq birinciliyi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda Naxçıvan Muxtar Respublika turniri, “10-17 noyabr - Beynəlxalq Tələbə Gənclər Həftəsi”nə həsr olunmuş ali və orta ixtisas təhsili müəssisələrinin oğlan tələbələri arasında birincilik, İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümumtəhsil məktəblərinin oğlan və qız komandaları arasında muxtar respublika çempionatı və bir sıra yoldaşlıq görüşləri keçirilib, federasiya idmançılarının asudə vaxtlarının səmərəli təşkili məqsədilə onların muxtar respublikada fəaliyyət göstərən muzeylərə gəzintiləri və “Ağbulaq İstirahət Mərkəzi”ndə “Yay Məktəbləri” təşkil olunub. Sonra məşqçilərin fikir və təklifləri dinlənilib.
Sonda çıxış edənlər yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlıqlarını bildiriblər.
13 yanvar 2020-ci il tarixdə Şərur Olimpiya İdman Kompleksində Naxçıvan MR Voleybol Federasiyasının Şərur rayon bölməsinin, Şərur rayon Təhsil şöbəsinin və Şərur rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Şərur və Sədərək rayonlarının qız və oğlan komandaları arasında yoldaşlıq görüşü keçirilmişdir. Oğlanlar arasında keçirilən görüşdə Şərur komandası 2:1 hesabı ilə qalib gəlmişdir. Qızlar arasında keçirilən görüşdə isə Sədərək rayon komandası 2:1 hesabı ilə Şərur rayon komandası üzərində qələbə qazanmışdır. Sonda bütün komandalara təşkilatçılar tərəfindən diplomlar təqdim edilmişdir.
22 yanvar 2020-ci il tarixdə Babək qəsəbə tam orta məktəbinin idman zalında Naxçıvan MR Voleybol Federasiyasının Babək rayon bölməsinin, Babək rayon Təhsil şöbəsinin və Babək rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Zərəli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Babək rayon ümumtəhsil məktəblərinin oğlan komandaları arasında rayon birinciliyi keçirilmişdir. Birincilikdə 7 komanda olimpiya (uduzan-çıxır) sistemi üzrə yarışmışlar. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən birinciliyin final mərhələsində Göynük kənd və Babək qəsəbə 1 nömrəli tam orta məktəblərinin komandaları qarşılaşmış, oyun Göynük kənd komandasının 3:1 hesablı qələbəsi ilə başa çatmışdır. Üçüncülük uğrunda mübarizədə isə Hacıvar kənd tam orta məktəbinin komandası, Nehrəm kənd tam orta məktəbinin komandasına 3:2 hesabı ilə qalib gəlmişdir. Sonda qalib komandalara təşkilatçılar tərəfindən diplomlar təqdim edilmişdir.
24 yanvar 2020-ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə “Zərəli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Şahbuz və Culfa rayon komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçirilən bu görüşdə Culfa rayon komandası 3:2 hesabı ilə qalib gəlmişdir. Sonda hər iki komandaya Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim edilmişdir.
31 yanvar 2020-ci il tarixdə Əbrəqunus kənd tam orta məktəbinin idman zalında Naxçıvan MR Voleybol Federasiyasının Culfa rayon bölməsinin, Culfa rayon Gənclər və İdman İdarəsinin, Culfa rayon Uşaq Gənclər İdman məktəbinin və Yeni Azərbaycan Partiyası Culfa rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Əbrəqunus və Bənəniyar kənd tam orta məktəblərinin oğlan şagirdləri arasında “2 fevral Gənclər Günü”nə həsr olunmuş voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Bu görüşdə 24 nəfər idmançı iştirak etmişdir.
07 fevral 2020-ci il tarixdə Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin idman zalında dostluq və idman əlaqələrinin gücləndirilməsi məqsədilə Naxçıvan şəhər ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərini tədris edən müəllimlər arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Naxçıvan MR Voleybol Federasiyası, Naxçıvan şəhər Gənclər və İdman İdarəsi, Naxçıvan şəhər Təhsil şöbəsi, Naxçıvan şəhər Uşaq Gənclər İdman Məktəbinin birgə təşkil etdiyi görüşdə “Zirvə” komandası 3:1 hesabı ilə Naxçıvan komandasına qalib gəlmişdir. Sonda hər iki komandaya təşkilatçıların diplom və fəxri fərmanları təqdim edilmişdir.
11 fevral 2020-ci il tarixdə Babək qəsəbə 1 nömrəli tam orta məktəbinin idman zalında “Zərəli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Babək rayon ümumtəhsil məktəblərinin əməkdaşları arasında voleybol üzrə rayon birinciliyi keçirilmişdir. Birincilikdə 6 komanda olimpiya (uduzan-çıxır) sistemi üzrə yarışmışlar. Birinciliyin final mərhələsində Hacıvar və Xəlilli tam orta məktəblərinin komandaları qarşılaşmış, oyun Hacıvar kənd komandasının 3:2 hesablı qələbəsi ilə başa çatmışdır. Üçüncülük uğrunda mübarizədə isə Nehrəm kənd tam orta məktəbinin komandası Qahab kənd tam orta məktəbinin komandasına 3:1 hesabı ilə qalib gəlmişdir. Sonda qalib komandalara təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim edilmişdir. Qeyd edək ki, birincilik Naxçıvan MR Voleybol Federasiyasının Babək rayon bölməsinin, Babək rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin təşkilatçılığı ilə keçirilmişdir.
12-14 fevral 2020-ci il tarixlərdə Ordubad rayon Texniki Peşə və Sürücülük məktəbinin idman zalında Naxçıvan MR Voleybol Federasiyasının Ordubad rayon bölməsinin, Ordubad rayon Polis şöbəsinin, Ordubad rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Zərəli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Ordubad rayon ümumtəhsil məktəblərinin oğlanlardan ibarət voleybol komandaları arasında rayon birinciliyi keçirilmişdir. Birincilikdə 9 komanda olimpiya (uduzan-çıxır) sistemi üzrə yarışmışlar. Yekun nəticəyə əsasən Vənənd kənd tam orta məktəbinin komandası I yerə, Ordubad şəhər 3 nömrəli tam orta məktəbinin komandası II yerə, Xanağa kənd tam orta məktəbinin komandası isə III yerə layiq görülmüşlər. Sonda təşkilatçılar tərəfindən qalib komandalar kubok və diplomlarla mükafatlandırılmışlar.
19 fevral 2020-ci il tarixdə Əbrəqunus kənd tam orta məktəbinin idman zalında Naxçıvan MR Voleybol Federasiyasının Culfa rayon bölməsinin, Yeni Azərbaycan Partiyası Culfa rayon Təşkilatı Gənclər Birliyinin, Culfa rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Zərəli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Əbrəqunus, Bənəniyar və Xanəgah kənd tam orta məktəblərinin komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Bu görüşdə 36 idmançı iştirak etmişdir.
27 fevral 2020-ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə “Zərəli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Ordubad və Şərur rayon komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçirilən bu görüşdə Şərur rayon komandası 3:0 hesabı ilə Ordubad rayon komandası üzərində qələbə qazanmışdır. Sonda hər iki komandaya Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim edilmişdir.
28 fevral 2020-ci il tarixdə Culfa şəhər 3 nömrəli tam orta məktəbinin idman zalında Naxçıvan MR Voleybol Federasiyasının Culfa rayon bölməsinin, Culfa rayon Təhsil şöbəsinin, Culfa rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Zərəli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Culfa rayon ümumtəhsil məktəblərinin oğlan komandaları arasında voleybol üzrə rayon birinciliyi keçirilmişdir. Birincilikdə 10 komanda olimpiya (uduzan-çıxır) sistemi üzrə yarışmışlar. Yekun nəticəyə əsasən Culfa şəhər 3 nömrəli tam orta məktəbinin komandası I yerə, Culfa şəhər 2 nömrəli tam orta məktəbinin komandası II yerə, Yaycı kənd 2 nömrəli tam orta məktəbinin komandası isə III yerə layiq görülmüşlər. Qalib komandalara və fərqlənən idmançılara təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim edilmişdir.
23 iyun 2020-ci il tarixdə Uzunoba Çimərlik meydançasında Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvan şəhər və Sədərək rayon komandaları arasında “26 İyun Silahlı Qüvvələr günü”nə həsr olunmuş voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Bu görüşdə 2:1 hesabı ilə Sədərək rayon komandası qalib olmuşdur. Sonda hər iki komandaya Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim edilmişdir.
22 iyul 2020-ci il tarixdə Uzunoba Çimərlik meydançasında Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə Şərur və Culfa rayon komandaları arasında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir.Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən bu görüşdə Şərur rayon komandası 3:1 hesabı ilə qalib olmuşdur.Sonda hər iki komandaya Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim edilmişdir.
22 iyul 2020-ci il tarixdə Şahbuz şəhər stadionunda “Zərərli vərdişlərə yox deyək,həmişə sağlam olaq” devizi altında Şahbuz rayon Gənclər və İdman İdarəsi və Naxçıvan MR Voleybol Federasiyası Şahbuz Rayon Bölməsinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə Şahbuz şəhər və Keçili kənd komandaları qarşılaşıb. Gərgin və maraqlı keçən bu görüşdə 3:2 hesabı ilə Keçili kənd komandası qalib gəlib.Sonda komandalara təşkilatçılar tərəfindən diplomlar təqdim edilib.
30 iyul 2020-ci il tarixdə məktəblilərin yay tətilini səmərəli keçirməsi məqsədi ilə Kəngərli rayon ümumtəhsil məktəblərinin oğlan komandaları arasında voleybol üzrə rayon birinciliyi keçirilmişdir.Kəngəli Rayon Gənclər və İdman İdarəsi,Naxçıvan MR Voleybol Federasiyasının Kəngəli rayon bölməsi,Təhsil Şöbəsi və Uşaq Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 4 komanda iştirak etmişdir.Yekun nəticəyə əsasən Çalxanqala kənd tam orta məktəbinin komandası I, Qıvraq qəsəbə tam orta məktəbinin komandası II, Şahtaxt kənd tam orta məktəbinin komandası isə lll yerlərə layiq görülmüşlər.Sonda qalib komandalar təşkilatçılar tərəfindən kubok və diplomla mükafatlandırılmışlar.
26 avqust 2020-ci il tarixdə Uzunoba Çimərlik Meydançasında Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə “ Zərərli vərdişlərə yox deyək həmişə sağlam olaq” devizi altında voleybol üzrə Ordubad və Şahbuz rayon komandaları arasında yoldaşlıq görüşü keçirilmişdir.Gərgin və maraqlı keçən bu görüşdə Ordubad rayon komandası 3:1 hesabı ilə Şahbuz rayon komandası üzərində qələbə qazanmışdır.Sonda hər iki komandaya federasiyanın hədiyyələri təqdim edilmişdir.
03 sentyabr 2020 ci il tarixdə Sədərək Rayon Gənclər vəİdman İdarəsinin,Təhsil Şöbəsinin,Uşaq Gənclər İdman Məktəbinin və Naxçıvan MR Voleybol Federasiyası Sədərək Rayon Bölməsinin birgə təşkilatçılığı ilə Qaraağac kənd tam orta məktəbində Kərki və Əjdəkan kənd tam orta məktəblərinin qız komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir.”15 sentyabr-Bilik Günü”nə həsr edilmiş görüş 2:1 hesabı ilə Kərki komandasının qələbəsi ilə başa çatmışdır. Qalib komandanın üzvüləri təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılmışlar.
03 sentyabr 2020-ci il tarixdə Ordubad Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin, Uşaq Gənclər İdman Məktəbinin və Naxçıvan MR Voleybol Federasiyası Ordubad Rayon Bölməsinin birgə təşkilatçılığı ilə Ordubad şəhər Texniki Peşə və Sürücülük Məktəbinin voleybol meydançasında Ordubad şəhər 1 nömrəli və İnternat tam orta məktəblərinin qız komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir.”Zərərli vərdişlərə yox deyək,həmişə sağlam olaq” devizi altında keçirilən görüş 3:1 hesabı ilə Ordubad şəhər 1 nömrəli tam orta məktəbin komandasının qələbəsi ilə başa çatmışdır. Qalib komandanın üzvüləri təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılmışdır.
15 yanvar 2021 ci il tarixdə Şərur Rayon Gənclər və İdman İdarəsinin,Şərur Rayon Təhsil Şöbəsinin və Naxçıvan MR Voleybol Federasiyasının Şərur rayon bölməsinin birgə təşkilatçılığı ilə rayon ümumtəhsil məktəblərinin oğlan şagirdləri arasında voleybol üzrə birincilik keçirilmişdir.Alışar kənd tam orta məktəbinin idman zalında keçirilən yarışda 4 komanda üzrə 32 məktəbli iştirak etmişdir.Gərgin və maraqlı keçən yarışda l yerə Vərməziyar kənd tam orta məktəbinin komandası,ll yerə Çərçiboğan kənd tam orta məktəbinin komandası, lll yerə isə Alışar kənd tam orta məktəbinin komandası layiq görülmüşdür. Qaliblər təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
9 fevral-2021ci il tarixdə Sədərək Rayon İcra Hakimiyyətinin,Gənclər və İdman İdarəsinin,Təhsil Şöbəsinin ,Uşaq-Gənclər İdman Məktəbinin və Naxçıvan MR Voleybol Federasiyasının Sədərək rayon bölməsinin birgə təşkilatçılığı ilə Sədərək rayon 1 saylı tam orta məktəbinin idman zalında Naxçıvan Muxtar Respublıkasının yaranmasının 97-ci il dönümünə həsr olunmuş qızlar arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir.Sonda hər iki komanda təşkilatçılar tərəfindən diplom, kubok və pul mükafatı ilə mükafatlandırılmışlar.
9 fevral-2021 ci il tarixdə Əbrəqunus kənd tam orta məktəbinin idman zalında Culfa Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Naxçıvan MR Voleybol Federasiyasının Culfa rayon bölməsinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaranmasının 97-ci il dönümünə həsr edilmiş,Əbrəqunus və Bənəniyar kənd tam orta məktəblərinin oğlanlardan ibarət komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir.Əbrəqunus kənd tam orta məktəbinin komandası yaxşı oyun nümayiş etdirərək 2-0 hesabı ilə qalib olmuşdur.Yekunda qalib və fərqlənən komanda üzvüləri təşkilatçılar tərəfindən diplom və voleybol topları ilə mükafatlandırılmışlar.
11 fevral 2021- ci il tarixdə V. Zeynalov adına 3 nömrəli tam orta məktəbin idman zalında dostluq və idman əlaqələrinin gücləndirilməsi məqsədi ilə Naxçıvan şəhər tam orta məktəblərində yaradılan idman klubları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir.Naxçıvan MR Voleybol Federasiyası,Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi,Təhsil Şöbəsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə 5 nömrəli və 15 nömrəli tam orta məktəblərinin komandaları arasında keçirilən yoldaşlıq görüşündə, yekun nəticəyə əsasən 15 nömrəli tam orta məktəbin komandası 3:0 hesabı ilə qalib olmuşdur.Sonda hər iki komandaya təşkilatçıların diplom və fəxri fərmanları təqdim edilmişdir.
17 fevral 2021-ci il tarixdə Sədərək rayonunda Sədərək və Kəngərli rayonlarının qızlardan ibarət voleybol klubları arasında yoldaşlıq görüşü keçirilmişdir. Yarışın yekun nəticəsi 2:1 hesabı ilə Sədərək rayon voleybol klubunun qələbəsi ilə nəticələnmişdir.
18 fevral 2021-ci il tarixdə Naxçıvan MR Voleybol Federasiyasının Şahbuz rayon bölməsinin,Şahbuz Rayon Gənclər və İdman İdarəsinin,Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Kolanı kənd tam orta məktəbinin idman zalında “ Zəfərin 100 günü” devizi altında Şahbuz rayon ümumtəhsil məktəblərinin komandaları arasında voleybol üzrə birincilik keçirilmişdir. 5 məktəb komandasının iştirak etdiyi birincilikdə, Biçənək kənd tam orta məktəbinin komandası qalib olmuşdur.Qalib komandanın üzvüləri təşkilatçılar tərəfindən mükafatlandırılmışlar.
19 fevral 2021-ci il tarixdə Şərur rayon İbadullah kənd tam orta məktəbinin idman zalında,Şərur rayon Gənclər və İdman İdarəsinin,Təhsil Şöbəsinin,Uşaq Gənclər İdman Məktəbinin və Naxçıvan MR Voleybol Federasiyasının Şərur rayon bölməsinin birgə təşkilatçılığı ilə “ Zərərli vərdişlərə yox deyək,həmişə sağlam olaq” devizi altında voleybol üzrə UGİM-nin və İbadullah kənd tam orta məktəbinin komandaları arasında yoldaşlıq görüşü keçirilmişdir.Maraqlı keçən yarışda UGİM-nin komandası 3:1 hesabı ilə qalib olmuşdur. Sonda komandalar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılmışlar.
24 fevral 2021-ci il tarixdə Babək rayon Xəlilli kənd tam orta məktəbinin idman zalında “ Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında voleybol üzrə Babək rayon Xəlilli və Uzunoba kənd tam orta məktəblərinin komandaları arasında yoldaşlıq görüşü keçirilmişdir.Yoldaşlıq görüşü Xəlilli kənd tam orta məktəbinin 3:0 hesablı qələbəsi ilə başa çatmışdır. Sonda komandalara təşkilatçılar tərəfindən diplom və voleybol topları hədiyyə edilmişdir.Qeyd edək ki, yoldaşlıq görüşü Babək rayon Gənclər və İdman İdarəsinin, Təhsil və Polis şöbələrinin və Naxçıvan MR Voleybol Federasiyasının Babək rayon bölməsinin birgə təşkilatçılığı ilə keçirilmişdir.
24 fevral 2021-ci il tarixdə Kəngərli rayon Çalxanqala kənd tam orta məktəbinin idman zalında Kəngərli və Sədərək rayonlarının oğlan və qızlardan ibarət voleybol komandaları arasında yoldaşlıq görüşü keçirilmişdir. Maraqlı və gərgin mübarizə şəraitində keçən görüşün yekun nəticəsinə əsasən oğlanlar arasında Sədərək rayon komandası, qızlar arasında isə Kəngərli rayon komandası qalib olmuşlar. Qaliblər təşkilatçılar tərəfindən kubok bə diplomlarla mükafatlandırılmışlar.Görüşdən sonra idmançıların Qarabağlar Türbə Kompleksinə ekskursiyası təşkil olunmuşdur.
3 mart 2021-ci il tarixdə V. Zeynalov adına 3 nömrəli tam orta məktəbin idman zalında “ 5 Mart-Bədən Tərbiyəsi və İdman Günü” münasibəti ilə Naxçıvan tam orta məktəblərində yaradılan idman klublarının qız komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Naxçıvan MR Voleybol Federasiyasının, Naxçıvan Şəhər Gənclər vəİdman İdarəsinin,Naxçıvan Şəhər Təhsil Şöbəsi və Uşaq-Gənclər İdman Məktəbinin təşkil etdiyi görüşdə 5 nömrəli və 15 nömrəli tam orta məktəbin komandası iştirak etmişdir. Yoldaşlıq görüşünün yekununa əsasən 15 nömrəli tam orta məktəbin komandası 3:1 hesabı ilə qalib gəlmişdir. Sonda hər iki komandaya təşkilatçılar tərəfindən diplom bə fəxri fərmanlar təqdim edilmişdir.
9 mart 2021-ci il tarixdə Babək rayon Yarımca kənd tam orta məktəbin idman zalında “ 5 Mart-Bədən Tərbiyəsi və İdman Günü” nə həsr olunmuş voleybol üzrə Babək rayon birinciliyi keçirilmişdir.Olimpiya sistemi üzrə keçirilən birinciliyin finalında Qahab və Yarımca kənd tam orta məktəblərinin komandaları qarşılaşmış, oyun Qahab kənd komandasının 3:0 hesablı qələbəsi ilə başa çatmışdır. Üçüncülük uğrunda mübarizədə isə Hacıvar kənd tam orta mətəbinin komandası Kültəpə kənd tam orta məktəbinin komandasına 3:0 hesabı ilə qalib gəlmişdir. Sonda qalib komandalar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılmışlar.Qeyd edək ki,birincilik Naxçıvan MR Voleybol Federasiyasının Babək rayon bölməsinin, Babək rayon Gənclər və İdman İdarəsi və Babək rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilmişdir.
17 mart 2021 ci-il tarixdə Şahbuz Rayon Gənclər və İdman İdarəsi, Təhsil və Polis Şöbələrinin və Naxçıvan MR Voleybol Federasiyasının Şahbuz rayon bölməsinin birgə təşkilatçılığı ilə “ Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq “ devizi altında ümumtəhsil məktəblərinin oğlan şagirdlərindən ibarət voleybol komandaları arasında Şahbuz rayon birinciliyi keçirilmişdir. Birincilikdə 4 komanda mübarizə aparmışdır.Gərgin keçən yarışda l yeri Şahbuz şəhər 1 nömrəli tam orta məktəbi, ll yeri Sələsüz kənd tam orta məktəbi, lll yeri isə Şahbuz şəhər 2 nömrəli tam orta məktəbin komandaları tutub. Qalib komandalar təşkilatçılar tərəfindən diplomlar və voleybol topları ilə mükafatlandırılıblar.
18 mart 2021 ci-il tarixdə Sədərək kənd 1 nömrəli tam orta məktəbinin idman zalında Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Voleybol Federasiyasının təşkilatçılığı ilə Naxçıvan şəhər və Sədərək rayon komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə 3:2 hesabı ilə Sədərək rayon komandası qalib gəlmişdir.Sonda hər iki komanda təşkilatçılar tərəfindən mükafatlandırılmışdır.
25 mart 2021 ci-il tarixdə Sədərək kənd 1 nömrəli tam orta məktəbin idman zalında, Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvan şəhər və Sədərək rayon komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Bu revanş görüşündə isə Naxçıvan şəhər komandası 3:2 hesabı ilə qalib olmuşdur. Sonda təşkilatçılar tərəfindən hər iki komanda mükafatlandırılmışdır.
13 aprel 2021 ci il tarixdə Şərur rayon Dəmirçi kənd tam orta məktəbinin idman zalında Şərur Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Naxçıvan MR Voleybol Federasiyasının Şərur Rayon Bölməsinin birgə təşkilatçılığı ilə məktəbli qızlar arasında voleybol üzrə Şərur rayon birinciliyi keçirilmişdir. Gərgin bə maraqlı keçən birincilikdə Uşaq Gənclər İdman Məktəbinin komandası l, Şərur rayon 1 nömrəli tam orta məktəbin komandası ll, Dəmirçi kənd tam orta məktəbinin komandası isə lll yerlərə layiq görülmüşlər. Qalib komandalara təşkilatçılar tərəfindən fəxri fərman və voleybol topları təqdim edilmişdir.
14 aprel 2021 ci il tarixdə Ordubad rayon Texniki Peşə və Sürücülük məktəbinin voleybol meydançasında Ordubad rayon Gənclər və İdman İdarəsinin ,Təhsil Şöbəsinin və Naxçıvan MR Voleybol Federasiyasının Ordubad rayon bölməsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında məktəbli oğlanlar arasında voleybol üzrə Ordubad rayon birinciliyi keçirilmişdir. Birincilikdə Ordubad şəhər 1 nömrəli tam orta məktəbin komandası l,Şəhər internat məktəbi ll,Vənənd kənd orta məktəbinin komandası isə lll yerlərə layiq görülmüşlər.Sonda qalib komandalara təşkilatçılar tərəfindən diplomlar təqdim edilmişdir.
6 may 2021 ci il tarixdə Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin idman zalında, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98 ci il dönümünə həsr olunmuş,ümmumtəhsil məktəblərinin şagirdləri arasında Şahbuz rayon birinciliyi keçirilmişdir.Şahbuz rayon Gənclər və İdman İdarəsinin,Təhsil Şöbəsinin və Naxçıvan MR Voleybol Federasiyasının Şahbuz rayon bölməsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə Biçə nək kənd tam orta məktəbinin komandası l, Kolanı kənd tam orta məktəbinin komandası ll, Şahbuz şəhər 1 nömrəli tam orta məktəbinin komandası isə lll yerlərə layiq görülmüşlər.Sonda qalib komandalara təşkilatçılar tərəfindən diplom və kuboklar təqdim edilib.
7 may 2021 ci il tarixdə Culfa şəhər 3 nömrəli tam orta məktəbin idman zalında Culfa şəhər 3 nömrəli tam orta məktəbin komandası ilə Bənəniyar kənd tam orta məktəbin qızlardan ibarət voleybol komandaları görüşmüşlər.Bu yoldaşlıq görüşündə Culfa şəhər 3 nömrəli tam orta məktəbin komandası qalib olmuşdur.Sonda hər iki komandaya təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim edilmişdir.Yarış Culfa Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi,Təhsil Şöbəsi və Naxçıvan MR Voleybol Federasiyasının Culfa rayon bölməsinin təşkilatçılığı ilə keçirilmişdir.
8 may 2021 ci il tarixdə Naxçıvan MR Gənclər və İdman Nazirliyi və Naxçıvan MR Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98 ci il dönümünə həsr olunmuş Peyntbol üzrə Muxtar Respublika açıq birinciliyi keçirilmişdir. Olimpiya uduzan-çıxır sistemi üzrə 20 komandanın iştirak etdiyi bu birincilikdə Naxçıvan MR Voleybol Federasiyasının komandası bütün rəqiblərini məğlub edərək l yerə layiq görülmüşdür.Sonda l,ll,lll yeri tutmuş komandalar təşkilatçılar tərəfindən hədiyyə, kubok və diplomlarla mükafatlandırılmışlar.
18 may 2021 ci il tarixdə V. Mahmudov adına 9 nömrəli tam orta məktəbin mini-futbol meydançasında “ Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Naxçıvan şəhər tam orta məktəblərinin oğlan komandaları arasında voleybol üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin, Uşaq-Gənclər İdman Məktəbinin və Naxçıvan MR Voleybol Federasiyasının Naxçıvan şəhər bölməsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 12 komanda olimpiya sistemi üzrə yarışmışlar. Yekun nəticələrə gəlincə 10 nömrəli tam orta məktəbin komandası l, 9 nömrəli tam orta məktəbin komandası ll, 13 və 16 nömrəli tam orta məktəbin komandaları isə lll yerlərə layiq görülmüşlər. Qalib komandalara təşkilatçılar tərəfindən diplomlar təqdim edilmişdir.
19 may 2021 ci il tarixdə Ordubad rayon Texniki Peşə və Sürücülük Məktəbinin idman meydançasında Ordubad rayon Gənclər və İdman İdarəsinin , Təhsil Şöbəsinin və Voleybol Federasiyasının Ordubad rayon bölməsinin təşkilatçılığı ilə məktəbli qızlar arasında voleybol üzrə Ordubad raton birinciliyi keçirilmişdir.Olimpiya sistemi üzrə 5 komandanın iştirak etdiyi yarışda Ordubad rayon 1 nömrəli tam orta məktəbinin komandası qalib adına layiq görülmüşdür.3 nömrəli və internat tam orta məktəblərinin komandaları müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıblar.Qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılıblar.
28 may 2021 ci il tarixdə Əbrəqunus kənd tam orta məktəbinin idman zalında Culfa Rayon Gənclər və İdman idarəsi,Təhsil Şöbəsi və Voleybol Federasiyasının Culfa rayon bölməsinin təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında məktəbli oğlanlar arasında voleybol üzrə Culfa rayon birinciliyi keçirilmişdir.Birincilikdə 14 komanda olimpiya uduzan-çıxır sistemi üzrə yarışmışlar.Nəticələrə əsasən Əbrəqunus kənd tam orta məktəbinin komandası birinciliyin qalibi olmuşdur.Bənəniyar və Gülüstan kənd tam orta məktəblərinin komandaları isə müvafiq olaraq 2-ci və 3-cü sıralarda qərarlaşmışlar.Qalib komandalara və fərqlənən idmançılara təşkilatçılar tərəfindən diplom və voleybol topları təqdim edilmişdir.
2 iyun 2021-ci il tarixdə Sədərək rayon 1 nömrəli tam orta məktəbin idman zalında Sədərək rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Naxçıvan MR Voleybol Federasiyasının Sədərək rayon bölməsinin birgə təşkilatçılığı ilə qızlardan ibarət voleybol komandaları arasında Sədərək rayon birinciliyi keçirilmişdir. Nəticələrə əsasən, 1 nömrəli tam orta məktəbin komandası bütün rəqiblərindən üstün olub.Dəmirçi kənd və 2 nömrəli tam orta məktəbin komandaları müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıblar.Qaliblərə təşkilatçılar tərəfindən diplom və fəxri fərmanlar təqdim edilmişdir.
3 Iyun 2021-ci il tarixdə Şərur Olimpiya İdman Kompleksində “ Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq “ devizi altında Şərur və Sədərək rayonlarının qızlardan ibarət voleyboı komandaları arasında yoldaşlıq görüşü keşirilmişdir.Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçirilən görüşdə qalib 5 ci hissədə müəyyənləşmişdi.Sədərək rayon komandası 3:2 hesabı ilə Şərur rayon komandası üzərində qələbə qazanmışdır. Hər iki rayonun Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi,Uşaq gənclər idman məktəbi və Naxçıvan MR Voleybol Federasiyasının rayon bölmələri tərəfindən təşkil edilən görüşdə idmançılara diplomlar təqdim olunub.
11 iyun 2021-ci il tarixdə Şahbuz şəhər 1 nömrəli tam orta məktəbinin idman zalında “15 iyun Milli Qurtuluş Günü”nə həsr olunmuş voleybol üzrə Şahbuz rayon birinciliyi keçirilmişdir. 8 komandanın iştirak etdiyi birincilikdə 48 yeniyetmə voleybolçu iştirak etmişdir. Olimpiya sistemi üzrə keçirilən yarışda Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin komandası bütün rəqiblərini məğlub edərək birinci olmuş, Kolanı kənd tam orta məktəbinin komandası ikinci, Şahbuz şəhər 2 nömrəli tam orta məktəbinin komandası isə üçüncü yerlərə layiq görülmüşlər. Şahbuz Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Voleybol Federasiyasının rayon bölməsi tərəfindən birgə təşkil olunan yarışın qalibinə voleybol topu, ilk üçlükdə olan komandalara diplomlar təqdim edilmişdir.
9 iyul 2021-ci il tarixdə V.Mahmudov adına 9 nömrəli tam orta məktəbin oyun meydançasında Naxçıvan şəhər orta məktəblərində yaradılan idman klublarının, oğlanlardan ibarət “Zəfər” və “Zirvə” komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Uşaq Gənclər İdman Məktəbi və Voleybol Federasiyasının şəhər bölməsi tərəfindən təşkil edilmiş oyun məktəblilərin yay tətilinin səmərəli təşkili, voleybol idman növünə olan marağı artırmaq məqsədi ilə keçirilmişdir. Görüşün yekun nəticəsinə əsasən “Zəfər” komandası 2:1 hesablı qələbə əldə etmişdir. Sonda hər iki komandaya təşkilatçıların diplom və fəxri fərmanları təqdim edilmişdir.
26 iyul 2021-ci il tarixdə Culfa rayonunun Əbrəqunus kənd tam orta məktəbinin idman zalında “Zərərli vərdişlərə yox deyək,həmişə sağlam olaq” devizi altında Əbrəqunus və Bənəniyar kənd tam orta məktəblərinin komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Bu görüşdə Əbrəqunus komandası Bənəniyar komandası üzərində 3:0 hesabı ilə qələbə qazanmışdır. Gənclər və İdman İdarəsi və Naxçıvan Voleybol Federasiyasının Rayon Bölməsi tərəfindən birgə təşkil edilən görüşdən sonra hər iki komandanın üzvlərinə diplom və fəxri fərmanlar təqdim edilmişdir.
27 iyul 2021-ci il tarixdə Uzunoba Təlim-Məşq İdman Kompleksinin çimərlik voleybol meydançasında çimərlik voleybolu üzrə Naxçıvan şəhər və Culfa rayon komandaları arasında yoldaşlıq görüşü keçirilmişdir. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə Culfa rayon komandası 2:1 hesabı ilə Naxçıvan şəhər komandası üzərində qələbə qazanmışdır. Sonda hər iki komandaya Voleybol Federasiyası tərəfindən voleybol topları hədiyyə edilmişdir.
29 iyul 2021-ci il tarixdə Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin idman zalında “Zərərli vərdişlərə yox deyək,həmişə sağlam olaq” devizi altında Şahbuz şəhər 2 nömrəli və Kolanı kənd tam orta məktəbinin komandaları arasında yoldaşlıq görüşü keçirilmişdir. Şahbuz rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Uşaq Gənclər İdman Məktəbi və Voleybol Federasiyasının Şahbuz Rayon bölməsinin birgə təşkil etdiyi yoldaşlıq görüşündə məqsəd rayonda voleybol idman növünü inkişaf etdirmək, bu növdə kütləviliyə nail olmaq, məktəblilərin asudə vaxtlarını səmərəli keçirmələrini təmin etmək olub. Oyunun nəticəsinə əsasən Kolanı komandası rəqibini 3:1 hesabı ilə məğlub edib.
5 avqust 2021-ci il tarixdə Şərur Olimpiya İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək,həmişə sağlam olaq” devizi altında Çərçiboğan və Alışar kənd komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. 5 setlik maraqlı mübarizənin yekununda sevinən tərəf Çərçiboğan komandası olmuşdur. Şərur rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Uşaq Gənclər İdman Məktəbi və Voleybol Federasiyasının Şərur rayon bölməsinin birgə təşkil etdikləri yarış yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, voleybola olan marağın artırılması və bu növdə kütləviliyə nail olunması məqsədi daşıyıb.
10 avqust 2021-ci il tarixdə 12 Avqust-Beynəlxalq Gənclər günü ilə bağlı təsdiq olunan tədbirlər planına uyğun olaraq Uzunoba Təlim-Məşq İdman Kompleksinin çimərlik voleybol meydançasında çimərlik voleybolu üzrə yoldaşlıq görüşü təşkil edilib. Arenada keçirilən voleybol yarışında Şərur və Sədərək voleybol komadaları meydanda olub. “Zərərli vərdişlərə yox deyək,həmişə sağlam olaq” devizi altında keçirilən oyun Muxtar Respublikada bu idman növünün inkişafına təkan verilməsi, gənclərin idmana cəlbi və bu sahədə kütləviliyin təmin ollunması məqsədi ilə təşkil olunub. Nəticəyə gəlincə, görüş Şərur komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Gənclər və İdman Nazirliyi və Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə reallaşan oyunun sonunda hər iki komandaya Voleybol Federasiyasının voleybol topları hədiyyə edilib.
13 avqust 2021-ci il tarixdə Kəngərli rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Voleybol Federasiyasının Kəngərli rayon bölməsinin birgə təşkilatçılığı ilə Kəngərli rayon ümumtəhsil məktəblərinin qızlardan ibarət komandaları arasında voleybol üzrə rayon birinciliyi keçirilmişdir. Birincilikdə 8 komanda, olimpiya (uduzan-çıxır) sistemi üzrə yarışmışlar. Yekun nəticəyə əsasən Çalxanqala kənd tam orta məktəbinin komandası birinci olaraq tamamlayıb. Şahtaxtı və Yurdçu kənd tam orta məktəblərinin təmsilçiləri müvafiq olara ikinci və üçüncü yerlərdə qərarlaşıblar. Komandalar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandiriliblar.
23 avqust 2021-ci il tarixdə Şahbuz şəhər 1 nömrəli tam orta məktəbinin idman zalında Şahbuz rayon Gənclər və İdman İdarəsi,Təhsil şöbəsi və Voleybol Federasiyasının Şahbuz rayon bölməsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək,həmişə sağlam olaq” devizi altında voleybol üzrə Şahbuz rayon birinciliyi keçirilmişdir.Birincilikdə 8 komanda olimpiya sistemi (uduzan-çıxır) üzrə yarışmışlar.Nəticəyə əsasən Biçənək kənd tam orta məktəbin komandası I,Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin komandası II,Kolanı kənd tam orta məktəbin komandası isə III yerlərə layiq görülmüşlər.Sonda qalib komandalar təşkilatçılar tərəfindən kubok və diplomlarla mükafatlandırılmışlar.
26 avqust 2021-ci il tarixdə Sədərək kənd 1 nömrəli tam orta məktəbin idman zalında Sədərək və Kəngərli rayon oğlanlardan və qızlardan ibarət voleybol bölmələri arasında yoldaşlıq görüşü keçirilmişdir.Hər iki rayonun Gənclər və İdman İdarələri,Təhsil şöbələri Naxçıvan MR Voleybol Federasiyasının rayon bölmələrinin birgə təşkilatçılığı ilə keçirilən yoldaşlıq görüşündə oğlanlar arasında Kəngərli rayon voleybol komandası, qızlar arasında keçirilən oyunda isə Sədərək rayon voleybol komandası qalib olmuşdur.Qalib komandalara təşkilatçılar tərəfindən diplom və fəxri-fərmanlar verilmişdir.
21-22 sentyabr 2021-ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyi,Təhsil Nazirliyi və Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə məktəbli qızlar arasında Naxçıvan Muxtar Respublika açıq birinciliyi keçirilmişdir. Birincilikdə 9 komanda 2 yarımqrupda dairəvi sistem üzrə yarışmışlar.İki gün gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Sədərək rayon komandası I,Culfa rayon komandası II,Kəngərli rayon komandası isə III yerlərə laiq görülmüşlər.Sonda qalib komandalar təşkilatçılar tərəfindən kubok, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
15 oktyabr 2021-ci il tarixdə Şərur rayon Gənclər və İdman İdarəsi,Təhsil Şöbəsi,Uşaq Gənclər İdman Məktəbi və Naxçıvan MR Voleybol Federasiyasının Şərur rayon bölməsinin birgə təşkilatçılığı ilə Şərur Olimpiya İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək,həmişə sağlam olaq” devizi altında ümumtəhsil məktəblərinin voleybol klubları arasında rayon birinciliyi keçirilmişdir.10 məktəbdən 100 idmançının iştrak etdiyi birincilikdə Püsyan kənd tam orta məktəbinin komandası I yerə,İbadullah kənd tam orta məktəbinin komandası II yerə,Alışar kənd tam orta məktəbinin komandası isə III yerə layiq görülmüşdür.Sonda qalib komandalara təşkilatçılar tərəfindən diplomlar təqdim edilmişdir.
12 noyabr 2021-ci il tarixdə Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin idman zalında ümumtəhsil məktəblərinin voleybol klubları arasında keçiriləcək muxtar respublika birinciliyinin rayon mərhələsi reallaşıb.Birincilikdə 8 komanda olimpiya (uduzan-çıxır) sistemi üzrə yarışmışlar.Gərgin və maraqli keçən bu birincilikdə Kolanı kənd tam orta məktəbin komandası I,Şahbuz şəhər 2 nömrəli tam orta məktəbin komandası II, Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin komandası isə III yerlərə layiq görülüblər.Şahbuz rayon Gənclər və İdman idarəsi,Təhsil Şöbəsi,Voleybol Federasiyasının rayon bölməsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə,qalib komandalara təşkilatçılar tərəfindən diplomlar təqdim edilmişdir.
16-17 noyabr 2021-ci il tarixlərdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman,Təhsil nazirlikləri və Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə məktəblərin klubları arasında voleybol üzrə məktəbli oğlanlardan ibarət muxtar respublika birinciliyinin final mərhələsi keçirilmişdir.Məktəblərin fiziki hazırlığı və idman vərdişlərini artırmaq,asudə vaxtlarının səmərəli təşkili və respublika səviyyəli yarışlarda iştrak edə biləcək güclü yığma komanda formalaşdırmaq məqsədilə şəhər və rayon mərhələlərinin qalibləri olmaqla ümumilikdə 11 komanda olimpiya (uduzan-çıxır) sistemi üzrə yarışmışlar.2 gün maraqlı və idman mübarizəsi şəraitində keçirilən birincilikdə Şərur rayon komandası I,Şərur şəhər fizika və riyaziyyat təmaüllü liseyin komandası II,Ordubad rayon komandası III yerlərə layiq görülmüşlər.Sonda qalib komandalara təşkilatçılar tərəfindən diplom,medal və kuboklar təqdim edilmişdir.
23 noyabr 2021-ci il tarixdə 3 nömrəli tam orta məktəbin idman zalında Gənclər və İdman İdarəsi,Təhsil Şöbəsi,Uşaq Gənclər İdman Məktəbi və Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin qızlardan ibarət komandaları arasında voleybol üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir.Birincilikdə 10 komanda Olimpiya (uduzan-çıxır) sistemi üzrə yarışmışlar.Yekun nəticəyə əsasən 15 nömrəli tam orta məktəbin komandası qalib adına layiq görülüb.13 və 5 nömrəli tam orta məktəblərin komandaları müvafiq olaraq II,III sıralarda qərarlaşıblar.Sonda qalib komandalara təşkilatçılar tərəfindən diplomlar təqdim edilmişdir.
23-25 noyabr 2021-ci il tarixlərdə Culfa rayon ümumtəhsil məktəblərinin oğlanlardan ibarət komandaları arasında keçirilən yarışın final mərhələsi Culfa şəhər 3 nömrəli tam orta məktəbin idman zalında reallaşıb.“Zərərli vərdişlərə yox deyək,həmişə sağlam olaq” devizi ilə təşkil olunan birincilikdə Əbrəqunus kəndində keçirilən ilk mərhələ oyunları daxil olmaqla 16 komandadan 192 idmançı iştrak edib.Yekun nəticələrə əsasən Əbrəqunus kənd tam orta məktəbinin komandası birinciliyin qalibi olub.Culfa şəhər 3 nömrəli tam orta məktəb və Gülüstan kənd tam orta məktəbinin komandaları müvafiq ardıcıllıqla ikinci üçüncü sıralarda qərarlaşıblar.Culfa rayon Gənclər və İdman idarəsi,Təhsil Şöbəsi və Naxçıvan MR Voleybol Federasiyasının rayon bölməsi tərəfindən birgə təşkil edilən yarışın sonunda ilk üçlükdə komandaların üzvləri və fərqlənən idmançılar diplomla təltif olunublar.Komandalara voleybol topları hədiyyə edilib.
25 noyabr 2021-ci il tarixdə Ordubad rayon Texniki peşə və sürücülük məktəbində Gənclər və İdman İdarəsi,Təhsil şöbəsi və Naxçıvan MR Voleybol Federasiyasının rayon bölməsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək,həmişə sağlam olaq” devizi altında məktəbli qızlar arasında voleybol üzrə Ordubad rayon birinciliyi keçirilmişdir.5 komandanın iştrak etdiyi görüşdə Vənənd kənd tam orta məktəbinin komandası qalib adına layiq görülüb.İnternat və Dəstə kənd tam orta məktəblərinin komandaları müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar.İlk üçlükdəki komandalar diplom və hədiyyələrlə mükafatlandırılıblar.
30 noyabr 2021 ci il tarixdə Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə İlham Əliyev adına Olimpiya İdman Kompleksində kişilər arasında voleybol üzrə Naxçıvan şəhər vəCulfa rayon komandaları arasında yoldaşlıq görüşü keçirilmişdir.Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən bu görüşdə Naxçıvan şəhər komandası 3:0 hesabı ilə Culfa rayon komandası üzərində qələbə qazanmışdır. Sonda hər iki komandaya Voleybol Federasiyasının topları hədiyyə edilmişdir
2 dekabr 2021 ci il tarixdə 5Dekabr-Beynəlxalq Könüllülər Günü ilə əlaqədar qızlar arasında voleybol üzrə yoldaşlıq oyunu keçirilib.Gənclər və İdman Nazirliyi və Naxçıvan Voleybol Federasiyası tərəfindən birgə təşkil olunan görüş İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşıb.Çıxışlardan sonra mübarizəyə start verilib. 12 nəfərdən ibarət heyət “Simfoniya”və”Zəfər” adlı komandalara bölünərək meydana çıxıb.Oyun”Zəfər” komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, könüllü gənclərlə dekabrın 4-də keçirilməsi nəzərdə tutulan görüşdə Beynəlxalq Könüllülər Günü ilə bağlı keçirilən idman yarışlarının mükafatlandırılması olacaq.
26 yanvar 2022 ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi və Voleybol Federasiyasının birgə təşkilatlığı ilə “ Zərərli vərdişlərə yox deyək,həmişə sağlam olaq” devizi altında Sədərək və Şahbuz rayon komandaları arasında volybol üzrə yoldaşlıq görüşü keçirilmişdir.Bu görüşdə Sədərək komandası 3:1 hesabı ilə qalib olmuşdur.Sonda hər iki komandaya Voleybol Federasiyası tərəfindən voleybol topları hədiyyə edilmişdir.
2 fevral 2022 ci il tarixdə Kəngərli rayon Yurdçu kənd tam orta məktəbinin idman zalında ümumtəhsil məktəblərinin şagirdləri arasında 2 Fevral Gənclər Gününə həsr olunmuş voleybol üzrə rayon birinciliyi keçirilmişdir.Gənclər və İdman İdarəsi,Təhsil Şöbəsi vəVojeybol Federasiyasının rayon bölməsi tərəfindən təşkil edilən birinciliyə 9 komanda qatılmışdır.Çalxanqala kənd tam orta məktəbinin komandası yarışın qalibi olmuş,Qarabağlar kənd 2nömrəli tam orta məktəbinin komandası llci, Şahtaxtı kənd tam orta məktəbinin komandası isə lll yerlərə layiq görülmüşlər.İlk üçlükdə qərarlaşan komandalara diplomlar təqdim edilmişdir.
15-20 fevral 2022-ci il tarixlərdə Culfa şəhər 3 nömrəli tam orta məktəbin idman zalında Culfa rayon Gənclər və İdman İdarəsinin və Naxçıvan MR Voleybol Federasiyasının Culfa rayon bölməsinin birgə təşkilatçılığı ilə Naxçıvan MR-nın yaranmasının 98-ci ildönümünə həsr olunmuş kişilər arasında voleybol üzrə Culfa rayon turniri keçirilmişdir.Bu turnirdə 6 komanda iki yarımqrupda dairəvi sistem üzrə yarışmışlar.Turnirin komandası ll, Əbrəqunus kənd komandası lll yerlərə layiq göirülmüşlər.Qalib komandalar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılmışlar.
23 fevral 2022-ci il tarixdə Şərur Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyi və Naxçıvan MR Voleybol Federasiyasının təşkilatçılığı ilə “ Zərərli vərdişlərə yox deyək,həmişə sağlam olaq” devizi altında Şərur və Ordubad rayon komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir.Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Şərur rayon komandası 3:1 hesabı ilə qalib olmuşdur.Sonda hər iki komandaya Voleybol Federasiyasının topları hədiyyə edilmişdir.
5 mart 2022-ci il tarixdə Naxçıvan Universitetinin idman zalında Naxçıvan MR Gənclər və İdman Nazirliyi və Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə 8 mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə ali və ortaixtisas müəssisələrinin qız tələbələri arasında voleybol üzrə birincilik keçirilmişdir. 5 komanda uduzan-çıxır sistemi üzrə yarışmışlar. Yekun nəticəyə əsasən Naxçıvan Dövlət Universiteti l, Naxçıvan Universiteti ll, Müəllimlər institutu isə lll yerlərə layiq görülmüşlər.Sonda qalib komandalara təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələr verilmişdir.
23 aprel 2022-ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvan şəhər və Şahbuz rayon komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir.Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən bu görüşdə Naxçıvan şəhər komandası 3:1 hesabı ilə Şahbuz rayon komandası üzərində qələbə qazanmışdır. Sonda hər iki komandaya Voleybol Federasiyası tərəfindən voleybol topları təqdim edilmişdir.
4-6 may 2022- ci il tarixlərdə Ordubad rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş rayon ümumtəhsil məktəblərinin qızlardan ibarət voleybol klubları arasında rayon birinciliyi keçirilmişdir.9 komandanın iştirak etdiyi birincilikdə Vənənd kənd orta məktəbinin komandası l, İnternat tam orta məktəbinin komandası ll, Ordubad şəhər 1 nömrəli tam orta məktəbin komandası isə lll cü yerlərə layiq görülmüşlər. Sonda qalib komandalar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə təltif olunublar.
6 may 2022-ci il tarixdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü münasibətilə Kəngərli rayon ümumtəhsil məktəblərinin qız şagirdləri arasında voleybol üzrə rayon birinciliyi keçirilmişdir.9 komandanın iştrak etdiyi birincilikdə Çalxanqala kənd tam orta məktəbinin komandası I,Qıvraq qəsəbə tam orta məktəbinin komandası II,Böyükdüz kənd tam orta məktəbinin komandası isə III yerlərə layiq görülmüşlər.Qalib komandalara təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim edilmişdir.
6-7 may 2022-ci il tarixlərdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü münasibətilə ümumtəhsil məktəblərinin oğlan şagirdləri arasında voleybol üzrə Sədərək rayon birinciliyi keçirilmişdir.Birinciliyin yekun nəticəsinə əsasən Uşaq Gənclər İdman məktəbinin komandası I,2 nömrəli tam orta məktəbin komandası II,1 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülmüşlər.Qalib komandalara təşkilatçıların diplom və fəxri-fərmanları təqdim edilmişdir.
7-9 may 2022-ci il tarixlərdə Şahbuz rayon Gənclər və İdman İdarəsi və Naxçıvan MR Voleybol Federasiyasının rayon bölməsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü münasibətilə rayonun şəhər,qəsəbə və kənd voleybol komandaları arasında birincilik keçirilmişdir.Ümumilikdə 8 komandanın iştrak etdiyi yarış 3 gün davam etmişdir.Nəticədə Şahbuz şəhər komandası I,Külüs kənd komandası II,Badamlı qəsəbə komandası isə III yerlərə layiq görülmüşlər.Qalib komandalara təşkilatçılar tərəfindən diplom və kuboklar təqdim olunmuşdur.
18-20 may 2022-ci il tarixlərdə Naxçıvan MR Gənclər və İdman Nazirliyi,Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş kişilər arasında voleybol üzrə “Heydər Əliyev Kuboku” uğrunda Naxçıvan MR turniri keçirilmişdir.Bu turnirdə 1 şəhər 7 rayon komandaları olmaqla 8 komanda 2 yarımqrupda dairəvi sistem üzrə yarışmışlar.Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirdə Culfa rayon komandası l, Naxçıvan şəhər komandası ll, Şərur rayon komandası isə lll yerlərə layiq görülmüşlər. Sonda qalib komandalara Naxçıvan MR Gənclər və İdman Nazirliyinin diplomları, Voleybol Federasiyasının kubok və qiymətli hədiyyələri təqdim edilmişdir.
8 iyun 2022-ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Voleybol Federasiyasının,Naxçıvan şəhər Uşaq Gənclər İdman məktəbinin və Culfa rayon Uşaq Gənclər İdman məktəbinin birgə təşkilatçılığı ilə məktəbli idmançılar arasında dostluq əlaqələrinin gücləndirilməsi məqsədilə Culfa rayon və Naxçıvan şəhər oğlanlardan ibarət məktəbli voleybolçular arasında yoldaşlıq görüşü keçirilmişdir. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçirilən bu görüşdə Naxçıvan şəhər komandası 2:0 hesabı ilə Culfa rayon komandası üzərində qələbə qazanmışdır.Sonda hər iki komandaya təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələr təqdim edilmişdir.
15 iyul 2022-ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Voleybol Federasiyasının təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Sədərək və Ordubad rayon komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə Sədərək rayon komandası əzmkarlıq göstərərək 3:2 hesabı ilə Ordubad rayon komandası üzərində qələbə qazanmışdır. Sonda hər iki komandaya Naxçıvan MR Voleybol Federasiyasının qiymətli hədiyyələri təqdim edilmişdir.
25-27 iyul 2022-ci il tarixlərdə Şahbuz rayon Gənclər və İdman İdarəsinin, Naxçıvan MR Voleybol Federasiyasının Şahbuz rayon bölməsinin birgə təşkilatçılığı ilə Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin idman zalında, Şahbuz rayonunun şəhər, qəsəbə və kənd voleybol komandaları arasında Vətən müharibəsi şəhidi Emin Sadiqovun xatirəsinə həsr olunmuş voleybol üzrə Şahbuz rayon birinciliyi keçirilib. Ümumilikdə 8 komandanın iştirak etdiyi yarış 3 gün davam edib. Nəticədə Şahbuz şəhərinin 1 nömrəli komandası l yerə, Kolanı və Keçili kənd komandaları isə ll və lll yerlərin sahibi olublar. Qalib komandalara yarış təşkilatçılarının diplomları və medallar təqdim olunub.
11 avqust 2022-ci il tarixdə Naxçıvan MR Gənclər və İdman Nazirliyinin, Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə Uzunoba Təlim-Məşq Kompleksinin çimərlik meydançasında, çimərlik voleybolu üzrə Naxçıvan şəhər və Culfa rayon komandaları arasında yoldaşlıq görüşü keçirilmişdir. Bu görüşdə Culfa rayon komandası əzimkar oyun nümayiş etdirərək 2:1 hesabı ilə qalib olmuşdur. Avqust ayının 12-si qalib komandalar və idmançılar təltif olunmuşlar.
26 avqust 2022-ci il tarixdə Culfa şəhər 3 nömrəli tam orta məktəbin idman zalında ll Vətən müharibəsində qəhrəmancasına mübarizə apararaq həlak olmuş Culfa rayon şəhidlərinin əziz xatirəsinə həsr olunmuş kişilər arasında keçirilən voleybol üzrə rayon birinciliyinin final mərhələsi keçirilmişdir. Final mərhələsində Bənəniyar və Göydərə kənd komandaları üz-üzə gəlmişlər. Yarış 16 avqust 2022-ci il tarixdən başlayaraq Culfa rayon İcra Hakimiyyətinin, Culfa rayon Gənclər və İdman İdarəsinin və Naxçıvan MR Voleybol Federasiyasının Culfa rayon bölməsinin birgə təşkilatçılığı ilə Culfa şəhər 3 nömrəli və Əbrəqunus kənd tam orta məktəblərinin idman zallarında, əsasnaməyə uyğun olaraq 9 komanda arasında "uduzan-çıxır" sistemi üzrə keçirilmişdir. Gərgin və maraqlı mübarizə şəraitində keçən görüşdə 3:1 hesabı ilə Bənəniyar kənd komandası qalib olmuşdur. Yekun nəticəyə əsasən Bənəniyar kənd komandası l, Göydərə kənd komandası ll, Əbrəqunus kənd komandası isə lll yerlərə layiq görülmüşlər. Sonda təşkilatçılar tərəfindən qalib komandalar kubok, diplom və voleybol topları ilə təltif edilmişlər.
30-31 avqust 2022-ci il tarixlərdə Uzunoba Təlim-Məşq İdman Kompleksində çimərlik voleybolu üzrə ilk muxtar respublika çempionatı reallaşıb. Gənclər və İdman Nazirliyi və Naxçıvan Voleybol Federasiyası tərəfindən birgə təşkil olunan yarışda 8 komanda iştirak edib. 2 gün davam edən çempionatda komandalar olimpiya sistemi üzrə mübarizə aparıblar. Final qarşılaşmasında Sədərək və Culfa komandaları meydanda olub. Həlledici görüşdən 2:0 hesablı qələbə ilə ayrılan Sədərək idmançıları çimərlik voleybolu üzrə ilk muxtar respublika çempionu adına yiyələniblər. Culfalılar ikinci yerlə kifayətlənib. Üçüncü yer uğrunda Şərurdan üstün olan Naxçıvan komandası isə yarışı üçüncü yerdə tamamlayıb. Muxtar Respublikada çimərlik voleybolunun inkişafı və bu sahəyə olan marağın artırılması məqsədilə təşkil olunan çempionatın sonunda ilk üçlük diplom və hədiyyələrlə mükafatlandırılıb.
30 sentyabr 2022-ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi və Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək,həmişə sağlam olaq” devizi altında Kəngərli və Babək rayon kişi komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir.Gərgin və maraqlı keçən bu görüşdə Babək rayon komandası 3:0 hesabı ilə qalib olmuşdur.Sonda hər iki komandaya Voleybol Federasiyası tərəfindən voleybol topları hədiyyə edilmişdir.
21 oktyabr 2022-ci il tarixdə Sədərək rayonunda yeniyetmə və gənc idmançıların iştrakı ilə Vətən müharibəsi şəhidi Tağı Abdullazadənin xatirəsinə həsr olunmuş voleybol birinciliyi keçirilmişdir.Əvvəlcə şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.Şəhidin atası İlham Abdullayev oğlu ilə bağlı xatirələrini bölüşüb, yarışın təşkilatçılarına öz təşəkkürünü bildirib.Birinciliyin nəticələrinə gəlincə 1 saylı tam orta məktəbin komandası qalib adını qazanıb.Heydərabad qəsəbə tam orta məktəbinin komandası II, 2 saylı tam orta məktəbin komandası isə III yerlərə layiq görülüblər.Qalib komandalara kubok və diplomlar təqdim edilmişdir.
24 oktyabr 2022-ci il tarixdə Kəngərli rayonunda “Zərərli vərdişlərə yox deyək,həmişə sağlam olaq” devizi altında rayon ümumtəhsil məktəblərinin oğlan şagirdləri arasında voleybol üzrə Kəngərli rayon biriciliyi keçirilmişdir.Kəngərli rayon Gənclər və İdman İdarəsi,Təhsil şöbəsi,Uşaq Gənclər İdman Məktəbi,Voleybol Federasiyasının rayon bölməsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 4 komanda olmaqla 40 şagird iştrak etmişdir.Birinciliyin yekun nəticələrinə əsasən Qıvraq qəsəbə tam orta məktəbinin komandası qalib adını qazanmışdır.Çalxanqala kənd tam orta məktəbinin klomandası II,Yurdçu kənd tam orta məktəbinin komandası isə III yerlərə layiq görülmüşlər.Qalib komandalara təşkilatçılar tərəfindən diplomlar təqdim edilmişdir.
01-04 noyabr 2022-ci il tarixlərdə Ordubad Texniki Peşə və Sürücülük məktəbində,Ordubad rayon Gənclər və İdman İdarəsi,Təhsil şöbəsi,Uşaq Gənclər İdman Məktəbi,Voleybol Federasiyasının rayon bölməsinin birgə təşkilatçılığı ilə məktəbli oğlanlar arasında voleybol üzrə Ordubad rayon birinciliyi keçirilmişdir.Olimpiya (uduzan-çıxır) sistemi üzrə keçirilən bu yarışda 13 komanda iştrak etmişdir.4 gün gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən bu birincilikdə Ordubad şəhər 3 saylı tam orta məktəbin komandası I,Vənənd kənd tam orta məktəbinin komandası II,Dırnıs kənd tam orta məktəbinin komandası isə III yerlərə layiq görülmüşlər.Sonda qalib komandalara təşkilatçılar tərəfindən kubok və diplomlar təqdim edilmişdir.